25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Elmar Baxşıyev “Qəbələ”nin əsas komandasında

“Qəbələ”nin məşqçilər korpusunda yeni təyinat gerçəkləşib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 2017-2018-ci illər mövsümünün ilk yarısında əvəzedicilərin baş məşqçisi olan Elmar Baxşıyev “Qəbələ”dəki fəaliyyətini əsas komandada davam etdirəcək. Əvəzedicilərın “sükanı arxası”na keçənədək də bu komandada çalışmış 37 yaşlı mütəxəssis “qırmızı-qaralar”ın məşqçisi təyin olunub.

O, Roman Qriqorçukun başçılıq etdiyi məşqçilər korpusunda Ramin Quliyevi əvəzləyib. Sonuncunun “Qəbələ”dəki fəaliyyəti 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin edildiyi üçün başa çatıb.

Xatırladaq ki, 2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi kimi fəaliyyət göstərən Baxşıyev ötən ilin yayında bu komandanın baş məşqçisi təyin olunmuşdu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30