29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ” Hallideylə vidalaşdı

“Qəbələ” şotlandiyalı futbolçusu Endi Hallideylə yollarını ayırıb.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Şotlandiyanın "Reyncers" klubundan icarəyə götürülən 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılılıqlı razılıqla xitam verilib.

2017-ci yayından “Qəbələ”də çıxış edən legioner 8 oyunda meydana çıxıb. Premyer Liqada 3, kubokda 1 matça çıxan şotlandiyalı UEFA Avropa Liqasında 4 oyunda şans qazanıb.

“Qəbələ” İdman Klubu Endi Hallidey və komandadan gedən digər futbolçulara - Ekiqo Ehiosun, Aqil Məmmədov və Tellur Mütəllimova “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edir, hər birinə gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31