19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Prosineçkinin köməkçisi: "Azərbaycanda qalmağımızı istəyirdilər"

"Azərbaycanda bizdən razı idilər və qalmağımızı istəyirdilər. Ancaq Prosineçki və məşqçi heyəti 3 ildən sonra dəyişiklik etmək istədi. Yeni macəra axtarışında olduğumuz üçün bu qərarı verdik".

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri millimizin sabiq məşqçisi Draqan Spasiç deyib.

Yığmamızın sabiq çalışdırıcısı Robert Prosineçkinin köməkçisi olan serbiyalı mütəxəssis Bosniya və Herseqovina yığmasından təklif aldıqlarını  təsdiqləyib: "Ancaq qarşı tərəf bu işi uzadır. Bu davranış Prosineçki və mənim üçün problem ola bilər. Ona görə də biz keçmiş Yuqoslaviya ərazisindəki digər ölkələrin də yığmalarında və ya klublarında çalışmağa hazırıq. Məndə belə hiss var ki, Robi "Srvena Zvezda”ya qayıdacaq. Özü də bir yox, yüz dəfə".

Q.Subaşiç R.Prosineçki haqda müsbət fikirlər də səsləndirib: "Onun əla yaddaşı var, beyni sanki kompüterdir. Hər bir liqa, komanda və oyunçular barədə məlumatı var. Biz oyuna hazırlaşmağa başlayanda o, faktları deməyə başlayır. Ona baxaraq "inana bilmirəm” deyirəm. Prosineçkinin ən böyük üstünlüyü futbolçuları oyuna kökləmək bacarığıdır. O, istənilən oyunçunu öz keyfiyyətlərini artıqlaması ilə ortaya qoymağa və çatışmazlıqlarını gizlətməyə inandıra bilir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30