18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Yol polisi biləndə ki, "Qarabağ"ın oyunçusuyam, məni buraxdı"

"Polşa Liqasına qayıtmağı düşünmürəm. Əgər həyat məni məcbur etməsə, ölkə xaricində oynamağa üstünlük verəcəm. Xaricdə çıxış etmək bizim cəhənnəmdən yaxşıdır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın polşalı futbolçusu Yakub Jezniçak ölkəsinin mətbuatına deyib.

31 yaşlı müdafiəçi Azərbaycanda ona rahat olduğunu deyib: "Azərbaycan istirahət edirəm. İnsanlar bizə daha çox hörmət edirlər. Hətta sosial şəbəkələrdə azarkeşlərlə sıx ünsiyyətimə görə mənə mükafat kimi hədiyyə də təqdim olundu. Polşada isə yalnız məşq etməli və internetdən uzaq durmalı olurduq”.

Jezniçak “Qarabağ”a keçməklə düzgün qərar verdiyini bildirib: "İnsan bir yerdə həddən artıq çox qalanda monoton olur. Burada daha rahat oynayıram".

O, Ağdam klubuna pula görə transfer olunduğu ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib: "Polşadan Azərbaycana getməyim ölkəmdə təəccüblə qarşılandı. Amma mən nə etdiyimi bilirdim. "Qarabağ" Çempionlar Liqasına yüksəldi, "Legiya" isə Avroliqanın qrup mərhələsinə adını yazdıra bilmədi".

Jezniçak Azərbaycan  çempionatının oyunlarında stadionun boş olduğunu xatırladıb: "Avrokubok oyunlarında isə stadion səs-küydən dağılır. Ancaq ölkə çempionatının matçlarına bunu şamil etmək olmaz. Restoranlarda belə insanlar ancaq Çempionlar Liqasındakı oyunlarımız barədə məndən soruşurdular".

Polşalı futbolçu Bakıda sürətli maşın idarə etdiyi üçün yol polisinin onu saxladığını, “Qarabağ”ın oyunçusu olduğunu deyəndən sonra isə buraxdığını söyləyib: “Prezident İlham Əliyevlə görüşə getməzdən öncə isə dostlarımdan biri mənə dedi ki, görüşdə ölkə başçısı ilə foto çəkdir. Həmin fotonu pulqabına qoy. Əgər yol polisi səni saxlasa, onlara göstər. Səni o dəqiqə buraxacaqlar"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30