19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Mən Səmədov və Şeydayevin yox, öz yolumla gedəcəyəm”

Rusiyanın gənclərdən ibarət yığması və Moskva “Spartak”ının azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyevin müsahibəsi

- Bir azərbaycanlı futbolçu kimi özünü Rusiya Premyer Liqasında necə hiss edirsən?

- Rusiyada böyüdüyüm üçün hər şey normaldır. “Spartak”ın yetirməsiyəm. Hazırda da doğma klubumda oynayıram. Özümü burada yaxşı hiss edirəm. Mənim üçün Rusiya Premyer Liqasında çıxış etmək çətin deyil.

- “Anji”nin əsas heyətində oynasan da, yenidən “Spartak”a qayıtdın. Səncə, Moskva klubunda möhkəmlənə biləcəksən?

- Hələ ki, hamı istirahətdədir. Ona görə də nəsə deyə bilmirəm. Bəlkə “Spartak”da qaldım. Bəlkə də başqa bir kluba keçərəm. Məni yenidən icarəyə də verə bilərlər. Hər şey ola bilər.

- AFFA-nın baş katibi Elxan Məmmədov deyib ki, tez-tez Ayazla əlaqə saxlayırıq. Axırıncı dəfə nə vaxt danışmısınız?

- Açığı, axırıncı dəfə Elxan Məmmədovla nə vaxt danışdığımız yadımda deyil. Çünki tarixi dəqiq xatırlamıram.

- Sənə Azərbaycan millisində oynamaq təklif olunub?

- AFFA mənə hələlik belə bir təklif göndərməyib. Sadəcə, zəng vururlar, bir həmyerli kimi söhbət edirik. Bu qədər.

- Azərbaycan millisində oynamaq variantın var. Hazırda da bu məsələ müzakirə olunur. Maraqlıdır, təklif gəlsə, Aleksandr Səmədovun yolu ilə gedəcəksən, yoxsa Ramil Şeydayevin?

- Niyə Səmədov və ya Şeydayevin yolu ilə getməliyəm?! Üçüncü variant da var. Mən özümün, Ayaz Quliyevin yolu ilə gedəcəm. Tək mən yox, bütün futbolçular belədir. Hər bir futbolçunun - həm Şeydayevin, həm Səmədovun, həm də Quliyevin öz yolu var.

- Bəs Qurban Qurbanov özü səninlə əlaqə saxlayıb?

- Yox, Qurban Qurbanovla telefonda danışmamışıq.

- Millimizin baş məşqçisi deyib ki, Ayaz Quliyevi də xaricdə çıxış edən digər azərbaycanlılar kimi diqqətdə saxlayıram. Qurbanovun bu sözləri sənə nə dərəcədə stimul verdi?

- Əlbəttə ki, milli komandanın baş məşqçisinin haqqımda bu cür sözlər işlətməsi mənə xoş təsir bağışlayır. Fikrimcə, hamı mənim kimi düşünür.

- Ümumiyyətlə, özünü Azərbaycan yığmasında oynamağa hazır hesab edirsən?

- Bu suala necə cavab verəcəyimi bilmirəm. Çünki nəsə desəm, başlayacaqlar ki, Ayaz Quliyev Azərbaycan millisində oynamağa razılıq verdi. Ona görə də hələlik bu barədə danışmayaq.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30