28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“İstedadlı oyunçular tapmalıyıq”

“Kəpəz” baş məşqçisi Yunis Hüseynov klubun əvəzedici heyəti və aşağı yaş qruplarında çalışan məşqçilərlə görüşüb.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhər stadionunun bazasında keçirilən görüşdə Hüseynovun köməkçiləri Yaşar Vahabzadə və Vidadi Rzayev də iştirak edib.

Klubdakı məlum məşqçi dəyişikliklərindən danışan Y.Hüseynov  böyük futbolun inkişaf yolunun uşaq futbolundan keçdiyini bildirməklə bu sahəyə diqqət ayırmağın, yeni oyunçu nəsli yetişdirməyin vacibliyindən danışıb: “Vəziyyətlə tanışam, irəliləyişə nail olmaq üçün uyğun şəraitin yaradılması əsas şərtdir. Bu yöndə işlər görüləcək və tədricən uşaq futbolunda vəziyyət düzələcək. “Kəpəz” həmişə öz yetirmələri ilə tanınıb və uğur qazanıb. İstedadlı oyunçular tapıb, onları komandamız üçün yetişdirməliyik. Lap aşağı yaş qruplarından əsas komandaya kimi yaxşı kollektiv formalaşdırmalıyıq. Sizinlə görüşməyimizin də əsas səbəbi budur”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31