25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Fariz Nəcəfov: “Onun adı indi yox, yayda transfer siyahımızda olub”

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun Futbolxeber.az saytına müsahibəsi

- “Qəbələ” İdman Klubununun üzvü, peşəkar boksçu Fariz Məmmədovun həyatından bəhs edən “Böyük qayıdış” filmini izlədiniz. Təəssüratlarınız necədi?

- Əminliklə söyləmək olar ki, film çox yüksək səviyyədə alınıb. Bu qədər uğurlu alınacağını gözləmirdim. Baxmayaraq ki, filmin müəyyən fraqmentlərini izləmişdim. Film haqda millət vəkillərimiz, ziyalılar, tanınmış idmançılar da ürək sözlərini dedilər. Qısaca əlavə etmək istərdim ki, belə filmlərin sayı çox olmalıdı. Burdan ibrət götürüləsi şeylər çoxdu. Farizin həyatında olan hadisələr, qayıdışı, onun əzmi, həyat eşqi çox maraqlıdı. Film daha geniş çəkilə bilərdi.

- Etiraf etməsəniz də, bilirik ki, “Qəbələ”nin Fariz Məmmədova dayaq durmasında sizing böyük rolunuz olub. Necə deyərlər, məhz siz sinənizi qabağa vermisiniiz. Demək olar ki, Fariz həm də sizin etimadınızı doğrultdu?

- Burda danılası bir şey yoxdu. Mən Farizi uşaqlıqdan tanıyıram, bir məktəbdə oxumuşuq. Onun xarakterinə tam bələd bir insan, yaşadığı hadisələrin Farizin kobud şəkildə səhvindən olmadığını bilən, uğurlu geridönüşünü hiss edən adam kimi ona dəstək oldum. Düzdü, mənim təşəbbüsümlə oldu. Sağ olsun, klubumuzun prezidenti Tale Heydərov da bu təşəbbüsə qoşuldu və ona çox böyük dayaq oldu. Fariz də sağ olsun ki, ona ümid bəsləyən hər kəsin etimadını doğrultdu.

- İndi keçək futbola. “Qəbələ”nin qış fasiləsinə qədərki çıxışını necə dəyərləndirirsiz?

- Uğurlu. Düzdü, daha yaxşı da ola bilərdi. Amma indiki durumda da narazı deyilik. Ümid edirəm ki, qış fasiləsindən sonra hər şey daha yaxşı olacaq. 

- Qış fasiləsinə yaxın “Qəbələ” qarşısıalınmaz təsiri bağışlayırdı. Fasilənin məhz indiki məqamda olması sizi narahat edir?

- Komandaya görə mən həmişə narahatam. Çünki hərdən komanda qeyri-stabilliklə üzləşir. Digər tərəfdən də narahatçılığıma baxmayaraq, həmişə inkişaf edəcəyimizə ümidliyəm. Olub ki, bir müddət zəif çıxış etmişik, amma sonluğu yaxşı bitirmişik.

-  Roman Qriqorçukun hələ də Bakıda olması transfer çalışmalarına görədi?

- Xeyr. Gələcək işlərlə bağlı görüşlərimiz, danışıqlarımız olub. Qriqorçuk və ailəsi Bakını çox sevir. Hazırda Bakıda olmaları yəqin buna görədi.

- Transfer çalışmaları ilə bağlı hansısa yenilik var?

- Bilirsiz ki, Ekiqo Ehiosun ilə müqaviləmizin müddəti sona çatdı. Onunla yeni sözləşmə imzalanmadı. Eləcə də Stankoviçlə sözləşmənin müddətini artırdıq. Başqa futbolçuların gedib-qalması ilə bağlı heç nə deyə bilmərəm.

- Endi Hallideyin göndəriləcəyi deyilir...

- Hələ ki, klubumuzla müqaviləsi var.

- Aqil Məmmədov və Elvin Məmmədovla “Neftçi”nin danışıq apardığı, əvəzində sizin Rauf Əliyevi heyətinizə qatmaq istədiyiniz haqda xəbərlər nə dərəcə realdı?

- Aqilin də, Elvinin də bizimlə müqaviləsi davam edir. Onlarla bağlı hər hansı təklif almamışıq. Rauf Əliyevə gəlincə, onunla indi yox, yayda maraqlanmışıq. Bilirsiniz ki, hazırda Raufun transferi qeyri-mümkündü.

Söhbətləşdi: İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30