24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Ortada nəsə var ki, cəzanı tətbiq etmişik”

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, iclasdan sonra AFFA-nın baş katibi Elxan Məmmədov oyun alverində şübhəli bilinərək futboldan ömürlük uzaqlaşdırılan “Keşlə”nin iki sabiq futbolçusu Nizami Hacıyev, Mirhüseyn Seyidovun işi haqda məlumat verib:

“Hazırda bu məsələ ilə bağlı araşdırma davam edir. Bu gün hər şeyi açıb desək, araşdırmanı heç etmiş oluruq. Biz prokurorluğa müraciət etmişik. Futbolçu etiraf edirsə ki, mən qəsdən zəif oynamışam, bu, futbol qanunlarına ziddir. Ortada nəsə var ki, bu cəzanı tətbiq etmişik”.

E.Məmmədov aşağı yaş qrupları üzrə komandaların texniki baza probleminin həlli məsələsindən də danışıb: “Əslində, meydançaların ot örtüyü 2 gündən bir baxışdan keçirilir və müntəzəm dəyişirik. Hollandiya nümayəndələri gəlmişdi, yoxlayıb mənfi rəy verdilər. Biz də Bayıldakı stadionun ot örtüyünü dəyişdik. Klublara deyilib ki, məktub yazın ki, biz depodan lazım olan ləvazimatları çıxaraq. AFFA adından hədiyyə də versəm, bunun mədaxili yazılmalıdır. İstəmirik ki, sabah audit gələndə desin ki, 100 top hardadır? Bizim turnirlərdə iştirak edən komandalar məktub yazsınlar. Bu yaxınlarda bir təşkilat yazdı ki, bizə 100 top lazımdır. Dedik ki, məktub yazın, amma bir xəbər çıxmadı”.

E.Məmmədov milli komandanın yeni baş məşqçisi Qurban Qurbanovun son günlər müzakirə olunan qazancı barədə də danışıb. O bildirib ki, bu rəqəmin açıqlanıb-açıqlanmamağı müqavilənin şərtlərindən asılı olacaq: “Müqavilə imzalanacaq. Maliyyə baxımından maaş da olacaq. Ola bilər ki, məlumat verildi. Amma müqavilənin şərtlərindən asılıdı”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30