19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Yaşar Vahabzadə: “Kəpəz”i çətin vəziyyətdən çıxarmaq lazımdı” (MÜSAHİBƏ)

21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq çalışdırıcısı, “Kəpəz”in yeni məşqçisi Yaşar Vahabzadənin Futbolxeber.az saytına müsahibəsi

- “Kəpəz”in məşqçisi təyin olunmağınız münasibəti ilə sizi təbrik edirik. Gəncə klubundan təklif necə gəldi?

- Yunis müəllim (Yunis Hüseynov) zəng vurdu, danışdıq və razılaşdıq. Daha sonra görüşdük və bütün məsələləri müzakirə etdik.

- “Kəpəz”in axırıncı yerdə qərarlaşması, komandada vəziyyətin ürəkaçan səviyyədə olmaması aydındır. Bu məqamlar işinizə çətinlik yaratmayacaq ki?

- Çətinlik var və olacaq da. “Kəpəz” kimi komandanın axırıncı yerdə olması pis göstəricidir. Çünki “Kəpəz” Azərbaycanın köklü klublarından biridir. Dəfərlərlə çempion olub, kuboku qazanıb. İndi əl-ələ verib komandanı müəyyən qədər də olsa, çətin vəziyyətdən çıxarmaq lazımdı. Qarşıda 2 dövrə qalıb. Əzmkar, mübariz komanda formalaşdırmalıyıq. Sonuncu pillədən qurtulmaq lazımdır.

- Son illər sizi baş məşqçi kimi görməyə alışmışdıq. Bu məqam təklifi qəbul edərkən hər hansı tərəddüd yaratmadı?

- Yox, tərəddüd etmədim. Məşqçi həyatı belədir. Bu gün baş məşqçisən, sabah köməkçi də ola bilərsən. Əvvəllər də köməkçi məşqçi kimi çalışmışam. Yəni burda problemli nəsə yoxdur. Əsas odur ki, işimizlə komandaya elə-belə gəlmədiyimizi göstərək.

- Müqavilənizin müddəti nə qədər olacaq?

- Hələ ki bilinmir. 6 aylıq da ola bilər, 1 illik də.

- U-21-dən ayrılandan sonra başqa təklif var idi?

- Yox, heç bir təklif almamışdım. Elə ilk təklif “Kəpəz”dən gəldi.

- Səhv etmirəmsə, bu, Premyer Liqada ikinci iş yeriniz olacaq.

- İlk dəfə 2000-ci ildə “Neftçi”də Oqtay Abdullayevlə birgə çalışmışam. O zaman “Qızıl oyun”da “Şəmkir”ə 0:1 hesabı ilə uduzduq və mövsümü gümüş medalla başa vurduq.

- Çoxları düşünür ki, Premyer Liqa üçün 8 komanda azdı. Təcrübəli mütəxəssis kimi razısız bu fikirlə?

- Təbii ki, 8 komanda azdı. Komanda çox olsa, oyunların sayı artar, keyfiyyət yüksələr. İl ərzində elə olur ki, eyni komanda ilə bəzən 6 dəfə qarşılaşırsan. Bir komandaya qarşı futbolçuları 6 oyuna kökləmək çətindir. Futbolçu özü də istəyir köklənsin, amma daxilində alımır. Belə nüanslar var. Komanda sayı çox olsa, adaha yaxşı olar, inkişaf daha tez gedər. Belədə yığmalar üçün oyunçu seçimi də yüksələr.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30