19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rəmiş Malıyev: "Maksimov Svanadzedən daha sərfəli variantdır"

"Keşlə"nin icraçı direktoru Rəmiş Malıyevin müsahibəsi

- Yuri Maksimovun Bakıya gələcəyi, "Keşlə" ilə müqavilə bağlanacağı haqda xəbərlər yayılıb, ancaq rəsmi məlumat yoxdu.

- Bəli, doğrudur. Maksimov gələcək və biz müqavilə bağlayacağıq. Rəsmi məlumat da onda veriləcək.

- Danışıqlar yekunlaşıbmı?

- Bəli. Bütün detallara, demək olar, aydınlıq gəririlib. Bircə  münasibətləri rəsmiləşdirmək qalır.

- Oktyabrın sonunda istefaya göndərilən Zaur Svanadzenin postunu müvəqqəti icra edən Ramiz Məmmədov yenidən əvəzedicilərin koordinatoru olacaq?

- Bəli. Ramiz müəllim bu vəzifəni müvəqqəti icra edirdi.

- Komandanın builki əsas hədəfi Avropa Liqasına vəsiqə qazanmaqdır. Buna da ən qısa yol kubokdan keçir. Yarımfinala yüksəlməkdə Məmmədovun əməyi...

- Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Ancaq hər verilən qərar müəyyən bir plana əsaslanır. Məmmədovun çox məsuliyyətli bir işi gördüyünü qeyd etməliyik. Əsas komandanın Yuri Maksimova həvalə edilməsi əvvəlcədən danışılmışdı. Yəni sonradan qondarılan heç nə yoxdur.

- Klubun maliyyəsi artmayıb. Transfer qadağasının müddəti bitir. Sizə maliyyə daha çox heyəti gücləndirməkçün lazım olacaq. Belə məqamda əcnəbi məşqçiyə ehtiyacın əsası nə oldu?

- Maksimovla may ayına qədər anlaşmışıq. Cəmi 4 ay. Bu müddətdə baxacağıq ki, istənilən dəyişiklik baş verirmi.

- Deməli, bunu eksperimental qərar hesab eləmək olar...

- Düşünülmüş qərar deyərdim. Çünki biz konkret hədəflərimizi bildirmişik. Dəyişiklik hiss edilməsə, zərər niyə olsun...

- Zaur Svanadze və ya Ramiz Məmmədovdan daha ödənişli biri ilə?

- Ramiz müəllimin ödənişi çox az idi. Maksimov Svanadzedən daha sərfəli variantdı.

- Hansı nəticə onunla müqaviləni yeniləməyə əsas verəcək?

- Qeyd elədiyim kimi, avrokuboklara vəsiqə.

- Əldəki maddi imkanlarla mümkün olacaq?

- Hədəfdə 4 əcnəbi futbolçu var. Danışıqlar gedir. Argentinalı yarımüdafiəçi Pablo Podio ilə danışıqlar demək olar ki, yekunlaşıb. Daha üç nəfərin keçidinə çalışırıq. Və yer boşalsın deyə, hazırkı heyətdən göndərilənlər də olacaq. Hər halda, baş məşqçi rəsmən vəzifəsinin icrasına başalayandan real addımlar atılacaq. Mümkün olub-olmayacağını isə zaman göstərəcək.

Mənbə: Futbolpress.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30