20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Stankoviç daha 2 il “Qəbələ”də

“Qəbələ” Voislav Stankoviçlə yeni müqavilə imzalayıb.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, serbiyalı müdafiəçi ilə anlaşma daha 2 il müddətinə uzadılıb. 30 yaşlı futbolçu 2019-cu ilin sonunadək “qırmızı-qara” forma geyinəcək.

Xatırladaq ki, 2015-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Stankoviç komandamının heyətində Premyer Liqanın 2015-2016 mövsümündə bürünc, 2016-2017 mövsümündə isə gümüş mükafatını qazanıb. O, “qırmızı-qaralar”ın heyətində keçirdiyi 101 matçda 2 qol vurub. Serbiyalı müdafiəçi Premyer Liqada 60, Avropa Liqasında 28 (1 qol), Azərbaycan kubokunda 13 matç (1 qol) keçirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30