29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

"Mənim gücüm bura qədərdir"

“Bu oyunun məsuliyyətini hiss edirdik. İlin son matçı idi. İki hissədən ibarət olan oyun oynadıq. Birincini 2:0 hesabı ilə udmuşduq. Amma buna arxayınlaşmaq olmazdı. Kimin başçılıq etməsindən asılı olmayaraq, “Kəpəz” həmişə rəqiblər üçün keçilməz sədd olub. Bu gün müəyyən qədər tənəzzüldə olsa da, inanıram ki, Gəncə futbolu tezliklə layiqli yerini tutacaq. Uşaqlara alqış düşür. Verdiyim tapşırıqları layiqincə yerinə yetirdilər”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Kəpəz”lə cavab görüşündən (3:2) sonra keçirilən mətbuat konfransında “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov deyib. Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Oyundan öncə mətbuatda söz-söhbətlər gəzirdi ki, bu, Ramiz Məmmədovun “Keşlə”nin sükanı arxasında sonuncu oyunu olacaq. Bununla bağlı Zaur müəllimə də sual vermişdik. Dedi ki, bir həftəyə kimi idarə heyətinin iclası olacaq. Orada hər şeyə aydınlıq gələcək. Siz özünüz necə düşünürsünüz, rəhbərlik sizə etimad göstərəcək, yoxsa... ?

- Komandaya yeni gələndə də demişdim ki, mənə 4 oyunluq tapşırıq verilib. Hansı klubda işləməyimdən asılı olmayaraq, bütün rəhbərlərin qərarlarına hörmətlə yanaşmışam. Qarşıma nə məqsəd qoyulmuşdusa, bacardığımı etdim. Bundan sonrakı qərar rəhbərliyindir. Hansı qərarı versələr, buna uyğun hərəkət edəcəm.

- Zaur Axundov deyib ki, dəyişiklik olsa belə, Ramiz Məmmədov klubda qalacaq...

- Bunu gələcək göstərəcək. Klub rəhbərliyi ilə söhbətimiz olacaq. Əvvəl onların, sonra da mənim qərarımdan çox şey asılıdır.

- Sizə də elə gəlmirmi ki, Ramiz Məmmədov neçə illərdir Azərbaycan futbolunda örtülü qalmış sandığı açdı...

- Belə deməzdim. Həmişə işimə çox məsuliyyətli olmuşam. Oyunun analizləri də göstərirdi ki, bəzi uşaqlar potensiallarından aşağı səviyyədə çıxış edir. Bunu edən Ramiz Məmmədov yox, Allahdır. Burada heç bir yenilik olmadı. Səhnəarxası nə var idisə, hamısını ortalığa Allah çıxardı. Yəqin ki, bundan sonra təkrar olunmaz. Hamı ləyaqətlə öz çörəyini qazanar.

- Bu gün gənclərə daha çox şans verdiniz. İnanırsınız ki, “Keşlə” bu futbolçularla gələcəkdə daha yüksək yerlər uğrunda mübarizə aparacaq?

- Bu gün həqiqən “Keşlə”nin aşağı yaş qruplarında çox yaxşı futbolçular yetişməkdədir. Estafeti bir-birilərinə layiqincə ötürürlər. Biz bu uşaqlara vaxtında inanmalı, dəyər verməliyik.  Onlara şans verməliyik ki, gələcəkdə Azərbaycan futboluna xeyir versinlər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31