29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ozobiç: “Elə oynamalıyıq ki, sanki hesab 0:0-dır”

“Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiç ölkə kubokunun 1/4 final mərhələsinin “Səbail”lə cavab oyunu ərəfəsində Qol.az saytına müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:

- İlk oyunda 1:0 hesablı qələbə qazandınız. Cavab matçı haqda nə düşünürsən?

- Bilirik ki, bizi çətin oyun gözləyir. Çünki 1:0 hesablı nəticə turu keçmək üçün kifayət etməyə bilər. Kubok oyunları fərqli olur. Cavab matçına da ciddi hazırlaşırıq. Növbəti mərhələyə çıxmaq üçün əlimizdən gələni edəcəyik. Elə oynamalıyıq ki, sanki hesab 0:0-dır.

- Bir müddət zədəli olsan da, qayıdışın əla alındı. Ardıcıl qollar vurmağa başladın. Özünü tam hazır hesab edirsən?

- Əlbəttə ki, yox. Hələ ideal formamı yığmamışam. Tam hazır olduğumu deyə bilmərəm. Bunun üçün çox çalışmalıyam. Fasilədən maksimum yararlanmağa çalışacam. Yəqin ki, toplanışdan sonra 100 faiz hazır olacam.

- Mövsümün yarısı geridə qaldı. Komandanın çıxışını necə dəyərləndirirsən?

- Yayda “Qəbələ”də heyətlə bağlı ciddi dəyişikliklər oldu. Buna görə də müəyyən qədər çətinliklər yaşadıq. Komandaya vaxt lazım idi. İndi isə hər şey qaydasına düşüb. Artıq futbolçular bir-birilərini yaxşı başa düşürlər. Bunun nəticəsidir ki, komanda baxımlı futbol sərgiləyir.

- Fasiləyə “Qarabağ”dan 6 xal geridə yollandınız. Bu fərq qarşısına çempionluq hədəfi qoymuş komandanı narahat etmir?

- Təbii ki, narahat etmir. Çünki çempionat uzundur. Qarşı dahələ çox oyun var. Düşünürəm ki, vəziyyəti dəyişmək üçün vaxtımız olacaq. Sadəcə, ikinci dövrədə daha diqqətli olmalıyıq ki, xal itkilərimiz az olsun.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31