19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Evdə "Qarabağ", səfərdə "Qəbələ"

Topaz Premyer Liqasında 2017/18 mövsümünün ilk yarısına yekun vurulub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, IV turun təxirə salınmış “Səbail” -“Qarabağ” qarşılaşması (0:2) 14 turu əhatə edən 56 matçlıq ilk yarının son görüşü olub.

Mövsümün ilk yarısında bəzi oyunların meydan sahibləri dəyişdirildiyindən komandaların ev və səfər matçlarının sayı fərqli olub. “Qarabağ”, “Səbail” və “Keşlə” öz meydanında, “Sumqayıt”, “Neftçi” və “Kəpəz” rəqib meydanında daha çox oyuna çıxıb.

Evdə uduzmayan yeganə komanda “Qarabağ”dır. Ağdam klubu öz meydanında hamıdan çox - 22 xal toplayıb. Qurban Qurbanovun komandası evdə ən az qol (2) buraxan, “Zirə” isə ən məhsuldar (14) komanda olub. “Kəpəz” isə öz meydanında nəinki qələbə, heç xal da qazanmayıb. Qərblilər ən az qol vurub, ən çoxunu buraxan komandadır.

Səfərdə isə “Qarabağ”la “Qəbələ” daha çox - 15 xal toplayıb. Ağdamlılar 1 oyun az keçirsələr də, əlavə göstəricilərdə “Qəbələ” ən yaxşı səfər komandası olub. Roman Qriqorçukun komandası rəqib meydanındakı məhsuldarlığı da (17) hamıdan yüksəkdir. “Qarabağ”la “Zirə” səfərdə cəmi 4 top buraxıb. Rəqib meydanında qələbə qazanmayan “Keşlə” isə səfərdə ən az xal (1) toplayıb, ən az qol vuran (3) komandadır. “Sumqayıt” isə rəqib meydanında ən çox - 13 top buraxıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30