Ölkə futbolu
“Qəbələ”: 14 oyun, 28 qol, 22 futbolçu
Topaz Premyer Liqasında 2017/18 mövsümünün ilk yarısına yekun vurulub.
Futbolxeber.az məlumatına görə, ilk iki dövrənin yekununa əsasən, “Qəbələ” qış fasiləsinə ötən mövsümdə olduğu kimi 2-ci pillədə yollanıb. Keçirdiyi 14 qarşılaşmada 10 qələbə qazanıb, 1 heç-heçə edən “qırmızı-qaralar” 3 dəfə məğlub olub. İlk oyununu avqustun 12-də keçirib, 114 günlük mübarizədən sonra hesabında 1 il əvvəlki qədər 31 xal olan “Qəbələ”nin rəsmi saytı komandanın 14 turdakı çıxışının statistik məqamlarını təqdim edir:
- “Qəbələ” ardıcıl 2-ci mövsümdə ilk yarıda ən çox qol vuran komanda olub - 28 top. Komandanın orta məhsuldarlığı 2,00-dır.
- 14 matçda 14 top buraxan “qırmızı-qaralar” bu göstəricidə 3-cüdür. Komanda hər oyunda orta hesabla 1,00 qola üzülüb.
- Öz meydanında - 7 matç keçirən “Qəbələ” 16 xal toplayıb.
- Evdə “qırmızı-qaralar” 5 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə uduzublar. Komanda 11 top vurub, 5-ni buraxıb.
- 7 səfər matçında 15 xal toplayan “Qəbələ” çempionatda ən yaxşı göstəriciyə malikdir. 5 qələbə qazanıb, 2 dəfə uduzan “qırmızı-qaralar” rəqib meydanında ən çox qol vuran komandadır - 19 top. Komanda səfərdə 9 dəfə topu qapısında görüb.
- “Qəbələ” hamıdan çox - 14 oyundan 13-də qol vuran 2 komandadan biridir. “Qırmızı-qaralar” yalnız “Kəpəz”ə 0:2 hesabı ilə uduzduğu ev matçında fərqlənə bilməyib.
- Komandanın oyunlarında 8 hesab variantı qeydə alınıb: 2:1 - 4 dəfə, 1:0 – 3 dəfə, 3:1 – 2 dəfə, 1:1, 2:0, 3:0, 3:2, 6:1 - hərəsi 1 dəfə.
- “Qırmızı-qaralar” mövsümün ilk yarısında 2 böyükhesablı qələbə qazanıb.
- “Kəpəz” üzərindəki 6:1 hesablı qələbə mövsümün ilk yarısının ən böyük hesabı olub.
- “Qəbələ” ilk yarıda bir əzmkar qələbə əldə edib. “Neftçi” ilə matçda hesabda geri olan komanda 3 xal əldə edə bilib.
- İlk 14 turda “Qəbələ” futbolçuları poker və het-trikə imza atmasa da, 5 dubl qeydə alınıb. Baqali Dabo mövsümdə hamıdan çox – 3 dəfə bunu bacarıbsa, Filip Ozobiç və Famussa Kone hərəyə 1 qarşılaşmada 2 qol vurublar.
- Baqali Dabo son 4 turda meydanı qolsuz tərk etməyib. Bu, həm mövsümün, həm də klub tarixinin ən qollu seriyasıdır. Dabo 4 görüşdə 6 dəfə fərqlənib.
- Mövsümün ilk 14 oyununda “qırmızı-qaralar”ı meydana 2 kapitan çıxarıb. Cavid Hüseynov 9, Ürfan Abbasov 5 dəfə meydana kapitan sarğısında çıxıb.
- “Qəbələ”nin 14 matçını 5 hakim idarə edib. Ömər Paşayev 4, Fariz Yusifovla Rauf Cabbarov hərəyə 3, Əliyar Ağayevlə İnqilab Məmmədov 2 matçda fit çalıb.
- Komanda vurduğu qollardan 11-ni 1-ci, 19-nu 2-ci hissədə vurub.
- I hissədə daha yaxşı oynayan “qırmızı-qaralar” 15 qol vurub, 3-nü buraxıb. Fasilədən sonra isə top fərqi 13-11-dir.
- “Qırmızı-qaralar” 7 ev oyununun hamısını Qəbələ şəhər stadionunda keçirib.
- Komandanın 7 ev matçını 9675 tamaşaçı izləyib. Orta hesabla hər matçda 1382 seyrçi olub.
- “Qarabağ”la ev oyununu daha çox – 3000, “Kəpəz”lə görüşü ən az – 175 tamaşaçı izləyib.
Bütün oyunlar
12.08.2017. İnter - Qəbələ - 1:2
Pərdis Fərcad-Azad, 71 // Elvin Məmmədov, 13; Filip Ozobiç, 23 (p.)
20.08.2017. Qəbələ - Sumqayıt - 1:0
Tellur Mütəllimov, 40
26.08.2017. Qarabağ - Qəbələ - 2:1
Mahir Mədətov, 63; Markos Madera, 73 // Stiven Monroz, 69
09.09.2017. Qəbələ - Zirə - 1:1
Cavid Hüseynov, 90+1 (p.) // Viktor İqbekoyi, 74
17.09.2017. Səbail - Qəbələ - 1:3
Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60
24.09.2017. Qəbələ - Neftçi - 2:1
Stiven Monroz, 4; Baqali Dabo, 40 // Namiq Ələsgərov, 48
29.09.2017. Qəbələ - Kəpəz - 0:2
Kərim Diniyev, 48; İlkin Sadıqov, 56
14.10.2017. Sumqayıt - Qəbələ - 0:1
Famoussa Kone, 29
22.10.2017. Qəbələ - Qarabağ - 1:0
Asif Məmmədov, 8
28.10.2017. Zirə - Qəbələ - 2:1
Milan Duriç, 19 (p.); Sadio Tounkara, 38 // Famussa Kone, 72
04.11.2017. Qəbələ - Səbail - 3:1
Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88
19.11.2017. Neftçi - Qəbələ - 2:3
Emin Mahmudov, 19; Kiril Petrov, 48 // Baqali Dabo, 22; Ruslan Qurbanov, 56 (p.); Stiven Monroz, 80
25.11.2017. Kəpəz - Qəbələ - 1:6
Kərim Diniyev, 56 (p.) // Baqali Dabo, 1, 54; Stiven Monroz, 14; Famussa Kone, 40, 78; Ruslan Qurbanov, 65
03.12.2017. Qəbələ - Keşlə - 3:0
Baqali Dabo, 24; Filip Ozobiç, 51; 56
Qeyd: Çempionatın gedişində “İnter” adını dəyişərək “Keşlə” olub.
- İlk iki dövrədə “Qəbələ”nin formasını 22 futbolçu geyinib.
- İki oyunçu – Dmitri Bezotosnı və Baqali Dabo çempionatın bütün qarşılaşmalarında iştirak edib.
- Yalnız Dmitri Bezotosnı 14 matçın hamısında əvəzolunmadan çıxış edib.
- 22 futbolçudan 13-ü oyunların yarıdan çoxunda – 8 və daha çox matçda iştirak edib.
- “Qəbələ”nin ən yaxşı bombardiri Baqali Dabodur. 9 qol vuran futbolçu ardıcıl 2-ci mövsüm qış fasiləsinə Topaz Premyer Liqasının ən məhsuldar oyunçusu kimi yollanır. O, ötən il komanda yoldaşı Filip Ozobiçlə şərikli lider idi.
- Ümumilikdə “qırmızı-qaralar”ın 9 futbolçusu qol sevinci yaşayıb.
- Dabodan başqa, Famussa Kone 5, Stiven Monroz 4, Filip Ozobiç 3, Ruslan Qurbanovla Asif Məmmədov hərəyə 2, Cavid Hüseynov, Elvin Məmmədov və Tellur Mütəllimov hərəyə 1 dəfə rəqib qapısına yol tapıblar.
- “Qırmızı-qaralar” ın qapısına 2 penalti təyin olunub. Dmirti Bezotosnı hər iki zərbəni qapısından buraxıb.
- “Qırmızı-qaralar” rəqib qapılarına 3 penalti vurub. Cavid Hüseynov, Filip Ozobiç, Ruslan Qurbanov dəqiq olub.
- Mövsümün arxada qalan hissəsində futbolçular 30 vərəqə alıb. Bunlardan 28-i sarı, 2-si qırmızı olub. Hər iki qırmızı vərəqə birbaşa göstərilib.
- Meydandan kənarlaşdırılan oyunçular Cavid Hüseynovla Stiven Monroz olublar.
- Digər 28 vərəqə 16 futbolçuya göstərilib. Elvin Məmmədov, Endi Hallidey və Ürfan Abbasov hamıdan çox – hərəyə 3 xəbərdarlıq alıb.
- 14 matçdan 10-da qol buraxan Dmitri Bezotosnı 4 “quru” oyun keçirib. Ukraynalı qapıçı V-VI turlarda ardıcıl 2 matçda qapısını toxunulmaz saxlayıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
09:48
"Beşiktaş" "Ankaragücü"nü məğlub etdi VİDEO
-
09:30
"Qəbələ"nin 2 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq
-
20:15
"Sumqayıt" Tovuzdan qələbə ilə qayıdır VİDEO
-
19:58
Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
-
19:31
Samir Abasov: “Bu gün bizi bu yerdə görmək heç kim üçün xoş deyil”
-
18:26
"Sumqayıt” II pilləyə yüksəldi
-
16:42
Azərbaycan gimnastı: “Karyeramda ən böyük dəstəkçim anamdır”
-
16:07
PFL-in prezidenti: “Qəzadan sonra 9 dəfə əməliyyat olundum”
-
15:54
Tovuzda heyətlər açıqlandı
-
15:23
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
-
14:15
Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
-
13:46
Andersson azarkeşlərə səsləndi: “Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil”
-
13:39
“Bojoviçin komandada qalıb-qalmaması mənim fikrimdən asılı olacaq”
-
13:28
“Neftçi”nin idman direktoru maaşını açıqlamaq istəmədi
-
13:20
Yens Andersson: “Sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq”
-
12:57
"Qəbələ" Abu Akalla vidalaşdı
-
11:14
XXXI turun hakim təyinatları
-
10:31
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
-
10:06
Mükafatlar uğrunda oyunların tarixləri müəyyənləşib
-
09:49
"Aston Villa" penatilərlə mərhələ adladı VİDEO
-
09:28
"Fənərbaxça" Konfrans Liqası ilə vidalaşdı VİDEO
-
09:10
İddiaçılar Turniri: Nicat Abasov yenə də uduzdu
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza
-
12:46
“Qəbələ”nin meneceri cəzalandırıldı
-
12:40
AFFA 2 klubu cərimələdi
-
12:27
UEFA kursunu uğurla başa vuran qadın məşqçilərə diplomlar təqdim olunub
-
11:54
“Neftçi” ilə oyunda bəxt üzümüzə gülmədi"
-
11:33
U-17 millimiz İnkişaf turnirində iştirak edəcək
-
11:05
Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
-
10:56
Məhəmməd Muradlı liderliyini davam etdirir
-
10:42
Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
-
10:29
“Azərreyl”in kapitanı: "Hədəfimiz çempionluqdur"
-
10:18
Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
-
10:03
"Real" "Mançester Siti"ni mübarizədən kənarlaşdırdı VİDEO
-
09:47
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi
-
09:30
İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu
-
18:51
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb