24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Sistemimizi dəyişməyi planlaşdırırıq"

“Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 4-cü turundan təxirə salınmış  “Qarabağ”la oyundan (0:2) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Pis oynamadıq. Qol vəziyyətləri də yaratdıq, lakin istifadə edə bilmədik. Rəqibin səviyyəsi göz qabağında idi.

- Oyunun gedişində elə təəssürat yarandı ki, sanki, siz meydanda olsaz, bu fürsətləri daha yaxşı dəyərləndirə bilərdiniz...

- Meydanda olan mən deyildim. Əlimizdə olan futbolçular isə bunlardır. İrəli baxmalıyıq. Çalışacağıq ki, öz üzərimizdə daha çox işləyək. Heyəti gücləndirmək istəyirik. Bir neçə futbolçunu diqqət mərkəzində saxlamışıq.

- Bu gün Nurlan Novruzovu əvəzlədiniz, keçən oyunda isə Amit Quluzadəni əvəzləmişdiniz. Demək olar ki, bu oyunçular artıq “qara siyahı”ya düşüb?

- Oyunçular məndən onlara şans verməyimi istəyirlər. Mən də şans verirəm. O ki qaldı onları əvəzləməyimə, zəif oynayırlar ki, əvəzləyirəm.

- “Səbail”in əsas məqsədi milli komandalar üçün oyunçu yetişdirməkdir. Komandanın qarşısına konkret vəzifə qoyulmayıb. Bu, komandanı əlavə təzyiqdən azad etmir ki?

- Xeyr. Qarşımıza hədəf qoyulmayıbsa, o demək deyil ki, çıxıb uduzmalıyıq. Çalışırıq ki, öz oyunumuzu daim inkişaf etdirək, əlimizdə olan istedadlı oyunçulardan yaxşı istifadə edək. Komandaya yeni, istedadlı oyunçular da cəlb etmək istəyirik.

- Sistemə görə oyunçu axtarırsınız, yoxsa oyunçuları öz sisteminizə uyğunlaşdırmağa çalışırsınız?

- Sistemimizi dəyişməyi planlaşdırırıq. Qarşıda ölkə kubokunda iki oyunumuz var. Bu sahədə işlərə kubok oyunlarından sonra başlayacağıq. Təxminən 15-20 gün vaxtımız olacaq. Bu vaxt ərzində yeni sistemi sınaqdan keçirəcəyik. Yəqin ki, 3-cü dövrədə fərqli oyun sistemindən istifadə edəcəyik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30