24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

UEFA reytinqi açıqlandı: "Qarabağ" neçəncidir?

Çempionlar Liqasının qrup mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, keçirilən oyunlar siyahıda müəyyən dəyişiklərə səbəb olub.

Son olaraq “Roma” ilə qarşılaşan və 0:1 hesabı ilə uduzan “Qarabağ” bir pillə geriləyib. Buna həm də “Astana”nın “Slaviya” üzərində qələbəsi (1:0) səbəb olub. Qazaxıstan klubu Avropa Lqiasının qrup mərhələsinin son turunda qazandığı qələbə ilə bir pillə irəliləyərək 67-ci yeri ələ keçirib.

Hazırda 68-ci pillədə qərarlaşan çempionumuzun 20.500 xalı var. BATE və “Yanq Boyz” da eyni xalla “Qarabağ”a şərikdir.

Siyahıya İspaniya “Real”ı başçılıq edir.

Qeyd edək ki, reytinq klubların avrokuboklarda son beş mövsümdəki göstəricilərinə əsasən hazırlanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30