19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

”Fənərbaxça” klubunun idarə heyəti Lənkəran stadionunda

 “Xəzər Lənkəran” klubu ilə yoldaşlıq oyunu keçirmək üçün ölkəmizə gələn Türkiyənin “Fənərbaxça” klubu dünən axşamdan artıq Lənkərandadırlar. Türkiyə klubunu gətirən təyyarə dünən axşam 21:20-də Lənkəran Beynəlxalq Hava Limanına endi və nümayəndə heyəti hava limanından birbaşa məskunlaşacaqları otellərə yollandı.

Bu gün isə “Fənərbaxça” klubunun baş məşqçisi Ərsun Yanal və klubun idarə heyəti Lənkəran stadioununda olublar. Qonaqlar qazonun durumuna nəzər yetirdikdən sonra media nümayəndələri üçün ayrılmış tribuna, soyunub-geyinmə otaqları, konfrans zalı və futbolçuların qaldıqları baza ilə tanış olublar. Gördükləri mənzərədən məmnunluq ifadə edən qonaqlar daha sonra “Xəzər Lənkəran” muzeyi ilə tanış olublar. Mətbuat katibi Hüseyn Cəbrayıloğlu qonaqlara klubun tarixi ilə bağlı məlumatları əks etdirən foto-kadrlar haqqında ətraflı məlumat verib.

“Fənərbaxça” klubunun baş məşqçisi Ərsun Yanal muzeyin fəxri qonaqlar üçün ayrılmış xatirə kitabına öz qeydlərini etdi və idarə heyəti ilə birgə “Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşakı iş otağında ziyarət etdilər. Buradan isə qonaqlar “Palsüd” zavoduna gedərək zavodun iş şəraiti ilə tanış oldular.


lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30