24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Ardıcıl 5-ci qış çempionluğu

Topaz Premyer Liqasının 2017/18 mövsümünün qış çempionu müəyyənləşib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, ilk yarının son turunda “Neftçi”ni 1:0 hesabı ilə məğlub edən “Qarabağ” 2017-ci ili zirvədə başa vurub. Ağdam təmsilçisinin “Səbail”lə təxirə salınan oyunu qalsa da, 34 xal toplayan Qurban Qurbanovun komandası qış fasiləsinə hamıdan öndə yollanıb. Bu, “Qarabağ”ın ardıcıl 5-ci, ümumilikdə 6-cı qış çempionluğudur. Ağdam təmsilçisi liderliyini sonadək qoruya bilmədiyi 2004/05 mövsümündə, həmçinin sonda qızıl medallar qazandığı 2013/14, 2014/15, 2015/16 və 2016/17 mövsümlərində də qış fasiləsinədək olan bölümü 1-ci pillədə başa vurub.

Qeyd edək ki, payız-yaz sistemi üzrə keçirilən 24 mövsümdə “Neftçi” 7, “Qarabağ” 6, “Kəpəz”lə “Keşlə” hərəyə 3, “Xəzri”, “Şəmkir”, “Karvan”, “Şüvəlan” və “Xəzər Lənkəran” 1 dəfə fasiləyə lider kimi yollanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30