25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Neftçi" bəyanat yaydı

“Keşlə”nin iki futbolçusu - Nizami Hacıyevlə Mirhüseyn Seyidovun oyun satdığı iddia olunan komandalardan biri kimi “Neftçi”nin adı hallanır.

Futbolxeber.az-ın məlumatına görə, klub bu məsələ ilə bağlı saytında bəyanat yayıb.

Bəyanatda deyilir:

"Son günlər Kütləvi İnformasiya Vasitələrində klubumuzun ictimai nüfuzuna xələl gətirən və heç bir həqiqətə uyğun olmayan məlumatlar yayılır. Komandamızın oyununun və nəticələrinin yaxşılaşdığı bir vaxtda bu cür qərəzli xəbərlərlə "Neftçi"nin gündəmə gətirilməsi bizi növbəti dəfə mövqeyimizi ortaya qoymaga məcbur etdi. "Neftçi" həm klub daxilində, həm də azarkeşlərlə münasibətlərdə son illərin ən yaxşı dövrünü yaşayır - əsl komanda olaraq birləşib, bütövləşib vahid məqsəd uğrunda mübarizə aparır. İstər klub rəhbərliyi və baş məşqçi, istərsə də futbolçular arasında birlik yaranıb. Belə bir məqamda klubdaxili atmosferi pozmağa və "Neftçi”nin adının ləkələnməsinə yönələn bu xəbərləri qətiyyətlə pisləyirik.

"Neftçi" PFK rəsmən bəyan edir ki, futbolumuzda çirkin oyunlarla məşğul olan hər bir kəsin layiqli cəzasını almasının tərəfdarıdır və bu yöndə hüquq-mühafizə orqanlarının apardıgı işləri dəstəkləyirik. Bildiririk ki, "Neftçi"nin adını çirkin oyunlarda hallandıranlara qarşı ölkə qanunvericiliyinə uyğun şəkildə hərəkət ediləcək. KİV-dən bu məsələlərdə xüsusən diqqətli olmağı və ölkəmizin ən köklü futbol klubunun adına hörmətlə yanaşmağı xahiş edirik. Dəyərli azarkeşlərimizə isə uğurlarımıza kölgə salmaq istəyən qüvvələrin yaydığı əsassız məlumatlara inanmamağı tövsiyə edirik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30