29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Yunis Hüseynov: "Finala kimi getmək arzusundayıq"

“Qələbə qazanmaq üçün istəkli idik. Avropa Liqasına vəsiqə qazanmaq üçün ən yaxın yol kubokdur. Futbolçularla danışmışıq, kubokda bacardıqca irəli getmək istəyirik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov Azərbaycan kubokunun 1/8 finalında "Binə"yə 3:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.

O, kubokda finala yüksəlmək istədiklərini bildirib: "Desək ki, çempionat oyunlarında hamını məğlub edib 2-ci və ya 3-cü yeri tutacağıq, bu, yalan olar. Amma kubokda şanslarımızı dəyərləndirmək fikrindəyik. Finala kimi getmək arzusundayıq. Təbii ki, bunun necə olacağını zaman göstərəcək. “Binə”yə qarşı oyunun ilk hissəsi xoşuma gəlmədi. Komanda zəif çıxış etdi. Səhvlərimiz çoxdur, bunun üzərində işləməli və əziyyət çəkməliyik. Rəqibdən xoşum gəldi, yaxşı komanda qurublar. Onlara uğurlar arzu edirəm”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31