29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Skenderbeu"nun baş məşqçisi: "Mərhələ keçəcəyimizə inanırıq"

Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Albaniya çempionu "Skenderbeu"nun baş məşqçisi Mirel Yosa təmsilçimizlə cavab oyunu öncəsi jurnalistlərin suallarını cavablandırıb.

- Bakıdakı nəticə komandanız üçün nə dərəcədə dəyərlidir?

- Mənim üçün komandanın təlim-məşq toplanışının əvvəlindən bu günə kimi işləməyi nəticədən daha vacibdir. Üstəlik oyunlarda futbolçular birgə əziyyət çəkirlər. Əgər siz oyunçularınıza inanmasınız, onda nəticəyə iddia edə bilməzsiniz. Məqsədə gəlincə, bizim şansımız var və daha öncə də dediyim ki, həmişə uğura ümid edirik.

- İlk oyunda nəyə əmin oldunuz?

- Bakıda uduzub və qalib gələ bilərdik. Ancaq ilk oyun komandamız üçün yaxşı oldu. Futbolçularımız bütün oyunboyu təzyiq altında oynadı. Bununla belə, biz Bakıdakı nəticəyə görə göydə uçmamalıyıq. Çünki qarşıda oynamaq üçün daha bir 90 dəqiqə var.

- Cavab matçında ilk dəqiqələrdən hansı oyunu görmək olar?

- Bakıda 100 faiz gücümüzü qoyduq. Gözlənildiyi kimi, orada meydan sahibləri daha çox hücum edirdi. Ancaq şadam ki, komandamız da hücumlar edirdi. Xüsusilə də ilk hissədə. Son nəticəyə daha çox diqqətimizi cəmləşdirməliyik. Onu nəzərə almalıyıq ki, biz Avropada təcrübəsi olan çox güclü komanda ilə qarşılaşırıq. “Neftçi”nin heyətində yetərincə səviyyəli futbolçular var. Buna baxmayaraq, biz komanda şəklində mərhələ keçəcəyimizə inanırıq.

- Komandanın xarakteri özünü göstərəcək?

- Bizim 4-1-4-1 taktiki sxemi ilə oynamağımız rəqibin hücumlarını gözləməyimiz demək deyil. Bu sxem hücum etməyə də yüksək prioritetlər verə bilər. Buna rəğmən, qarşıdakı günlərdə necə işləyəcəyimizi görəcəyik.

- Bakıdakı 0:0 hesabı sizin üçün nə dərəcədə sərfəli nəticədir?

- Bu hesabın bizim üçün münasib nəticə olduğunu deyə bilmərəm. Ancaq 0:0 hesabı mərhələ keçmək perspektivi verir. Biz çox yaxşı bilirik ki, buraxdığımız topun qarşılığında 2 qol vurmalı olacağıq. Buna görə də ehtiyatlı olmalıyıq.

- Azərbaycan mətbuatı futbolçularınızın ilk oyunda bilərəkdən yerdə qalaraq vaxtı uzatmalarını iddia edirdi...

- Mən heç vaxt futbolçularımı öyrətməmişəm ki, meydanda belə şeylər etsinlər. Azərbaycandakı mətbuat istədiyini deyə bilər. Məsələ ondadır ki, biz belə yox, təmiz futbol oynamışıq.

- Komandanız ilk hissədə yaxşı oynasa da, sonradan oyun səviyyəsi aşağı düşdü. Niyə belə oldu?

- Bu, qətiyyən yorğunluqla bağlı deyildi. Hərçənd “Neftçi” ikinci hissədə hücuma 5 futbolçu ilə çıxırdı. Mən də komandanın lazımı tempdə oynamağını saxlamaq üçün risk etmək istəmirdim.

- İlk oyunla müqayisədə daha hücum edən, peşəkar komandanızı görə biləcəyik?

- Mən komandanı tam hazırlamaq üçün əlimdən gələni edəcəyəm. Əlbəttə, nəticə qazanmaq üçün hücum etməliyik. Ancaq müdafiədə də ehtiyatlı olmalıyıq. Hələ ki, heyətlə bağlı bir şey deyə bilmərəm. Çünki 1, yoxsa 2 hücumçu ilə oynayacağıma hələ qərar verməmişəm. Biz Morina ilə Pejiçin hansı vəziyyətdə olmalarına bu günlərdə baxıb, sonra qərar qəbul edəcəyik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31