25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Bir turda iki rekord

Topaz Premyer Liqasında yeni məhsuldarlıq rekordları qeydə alınıb.

Futbolxeber.az saytının məlumatına görə, XIII turda qapılara 16 qol vurulub ki, bu da cari mövsümün ən yüksək göstəricisidir. Həftəsonu baş tutan qarşılaşmalarda orta hesabla 4,00 top qeydə alınıb. “Kəpəz” - “Qəbələ” matçında (1:6) yeddi, “Zirə” - “Qarabağ” görüşündə (2:3) beş, “Neftçi” - “Keşlə” oyununda (3:1) dörd qol vurulub. Yalnız “Sumqayıt”la “Səbail” arasında qarşılaşmada tamaşaçılar qol görməyib. Bunadək rekord 13 qolun vurulduğu I və XII turlara aid idi. Həmin turlarda orta məhsuldarlıq 3,25 olub. Bu rəqəmin 4,00 və ya daha yüksək olması sonuncu dəfə ötən mövsümün XXVII turunda yaşanıb. Nəticəsi ləğv olunan qarşılaşma hesaba alınmasa, 7 ay əvvəlki turun 3 görüşündə 13 qol vurulmuşdu. Yəni məhsuldarlıq 4,33-ə bərabər idi.

Arxada qalan turun “Kəpəz” - “Qəbələ” oyununda 7 topun vurulması da mövsümün rekordudur. Bunadək cari mövsümdə bir oyunda 5-dən artıq qol qeydə alınmamışdı. 7 və ya daha çox qol vurulan son matç ötən mövsümün XXVII turunun “Qəbələ” - “İnter” görüşü olub. Meydan sahibləri 215 gün əvvəl aprelin 24-də keçirilən qarşılaşmada 4:3 hesabı ilə qələbə qazanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30