24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Yunis Hüseynov: “Komandanın vəziyyətini dərk edib gəlmişəm”

“Hələ bilmirəm nədən başlayım. Komandamız çox pis məğlub oldu”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının XIII turunda “Qəbələ”yə 1:6 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Təcrübəli mütəxəssis qeyd edib ki, debüt matçında bu cür ağır məğlubiyyətlə üzləşmək istəməzdi: “Kəpəz”in bütün oyunlarına baxırdım. Amma bugünkü kimi zəif oyun görməmişdim. Elə bunun nəticəsidi ki, belə hesabla uduzduq. Demirəm ki, 3 futbolçu olsaydı, qalib gələcəkdik. Amma iki əsas müdafiəçimiz yox idi. Uşaqlara öz iradlarımı bildirdim. İlk oyunum idi, istəməzdim belə məğlub olaq. Azarkeşlərə də söz vermişəm ki, bu komandanı düzəldəcəm”.

- Komandanın düzəlməsi üçün nədən başlamaq lazımdı?

- Bu sualların cavabını sonraya saxlayaq. Qış fasiləsində 2-3 oyunçu gətirəcəyik. Komandanın vəziyyətini dərk edib gəlmişəm. Buna görə də, oturmaq yox, işləmək lazımdı.

- Erkən qola görə ruh düşkünlüyü yarandı?

- Öz oynadığım dövrə gedirəm. Yeni məşqçi gələndə futbolçular həddən artıq istəkli olur. Uşaqlara başa salırdım ki, məni qırağa qoymaq lazımdı. Çünki istək sizi “yandıra” bilər. Lövhədə göstərirdim ki, bu epizodlarda diqqətli olun. Elə bil hiss edirdim. Erkən qoldan sonra da ruh düşkünyülü oldu. İstədilər qələbə qazansınlar, amma erkən qol öz sözünü dedi. “Qəbələ”nin hücumçuları individual şəkildə çox güclüdülər. Üstəlik, öz səhvlərimizin qurbanı olduq. Uşaq səhvlərimiz oldu. Bu səhvləri bəlkə də, heç vaxt etməyiblər. Bu gün çox istəməkdən “yandılar”.

- Rəhbərlik yeni transferlər olacağına söz verilib?

- Bu məsələ mənə həvalə olunub. Amma bahalı oyunçu ala bilmərik. İndidən axtarışdayam. Amma ayağımızı yorğanımıza görə uzadacağıq. 3-4 əcnəbi də gətirmək lazımdı. Gəlmişəmsə, əziyyət çəkməliyəm.

- Ba son dəqiqələrdə əvəzetməni gözləsə də, sonradan geri döndü...

- Vaxt qutardığı üçün əvəzlənmədi. Belə şeylərə görə cəza olacaq. Hamı məsuliyyətli olmalıdı. Mən sona 8 dəqiqə qalmış əvəz etməli idim. Amma o, gec əynini geyindi. Bu nəticəyə görə komanda cəzalanacaq. Bu, həvəskar yox, peşəkar komandadı. Futbolçulara irad bildirdim ki, belə olmayacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30