28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Elxan Məmmədov: "Penalti və qırmızı vərəqə verilməsəydi..."

“Oyunun əvvəlində penalti və qırmızı vərəqə verilməsəydi, hər şey başqa cür də ola bilərdi. “Qarabağ” matça çox yaxşı başladı. Komandamız ikinci hissədə topa 51 faiz sahib olan tərəf idi”.

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin V tur matçında “Qarabağ”ın İngiltərənin “Çelsi” komandasına 0:4 hesablı məğlubiyyətini şərh edərkən deyib.

O, qarşılaşmanın 20-ci dəqiqəsində referi Manuel De Souzanın “Qarabağ”ın qapısına penalti təyin etməklə yanaşı, Ağdam təmsilçisinin kapitanı Rəşad Sadıqova qırmızı vərəqə göstərməsinə də münasibət bildirib. Milli Assosiasiya rəsmisinin sözlərinə görə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv azlıqda qalmasına rəğmən, inamlı mübarizə aparıb: “Penaltinin olub-olmamasına mütəxəssislər baxacaqlar. Epizodun təkrarını bir neçə dəfə izləməyə imkanımız olmadı. Lakin həmin ana qədər “Qarabağ” çox inamlı, hücumda oynayırdı. Əsl ev komandası kimi mübarizə aparırdı. On nəfərlə qalmalarına rəğmən, fasilədən sonra yenidən irəli gedir və qol vurmağa çalışırdılar. Bu da sevindirici haldır. Ancaq 2 dəfə penaltidən qol buraxan zaman dönüş etmək çətindir”.

E.Məmmədov oyunun təşkilatçılığından da söz açıb. O bildirib ki, bu cür matçlar 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının finalı və AVRO-2020-nin qrup oyunları ərəfəsində yaxşı təcrübədir: “Belə oyunlar çox olduqca komanda da təcrübə qazanır, stadion da. Həmçinin AFFA olaraq biz də təcrübə əldə edirik. Matçda azarkeş sayı 67 mindən çox idi. Buna baxmayaraq, azarkeşlərin stadiona gəlib-getməsi, digər təşkilatı məsələlərdə ciddi problem olmadı. Hər şey yaxşı təşkil olunmuşdu. Lakin, bu, bizim üçün limit deyil. Bundan da yaxşı çalışacağıq. Azarkeşlərə daha yaxşı xidmət göstərmək üçün əlimizdən gələni edəcəyik. Son oyunlardan sonra təhlillər aparmışıq. Fürsətdən istifadə edib, bütün dövlət strukturlarına təşəkkür edirəm. Bizə böyük dəstək oldular. Bu təcrübədən 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının finalında və Avro-2020-də yararlanacağıq. Ümid edirəm ki, həmin vaxta qədər klublarımız avrokuboklarda daha çox matç keçirəcəklər. Oyun nə qədər çox olarsa, bir o qədər təcrübə toplayırıq”.

Noyabrın 22-də Bakıda baş tutan FIFA İcraedici Futbol Sammitinin iştirakçılarından bəziləri AFFA-nın dəvətini qəbul edərək “Qarabağ” - “Çelsi” görüşünü izləyiblər. Baş katib həmin qonaqların matçdan, stadiondakı atmosferdən razı qaldıqlarını söyləyib: “Bu cür qarşılaşma münasibəti ilə bizi təbrik etdilər. Sammitdə təkcə Avropa ölkələri deyil, Afrika və Asiyadan da nümayəndələr iştirak edirdi. Fürsətdən istifadə edib, onları oyuna dəvət etdik. Bəziləri matça gəldilər. ÇL-in qrup mərhələsinin oyununa baxmaq hər bir futbol funksioneri üçün bayramdır. Dünya və Avropa çempionatlarından sonra ən baxımlı turnir ÇL-dir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31