23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Konte: “Qarabağ” 10 nəfərlə də yaxşı oynadı”

"Çelsi"nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Qırmızı vərəqə və penaltilər oyunun marağını pozmadımı? “Çelsi”nin “Qarabağ” üzərində qələbə üçün hakim köməyinə ehtiyac var idi?

- Açığı, mənim üçün çətindir. Dəqiq görmədim. Fikrimcə, hakim düzgün iş görməli və qərəzsiz olmalıdır.

- Mərhələ adlamaqla bağlı düşüncələriniz necədir?

- Bəli, bunu bacardıq. İlk hədəfimiz bu idi. “Atletiko” ilə oyunu həlledici matç etmədik. “Qarabağ” “Atletiko” ilə oyunlarda xal almışdı. Həmçinin, “Roma”ya başağrısı olmuşdu. Bu qələbə məni məmnun etdi.

- Villianın oyunu sizi razı saldı?

- Daha çox komanda haqda danışmağı xoşlayıram. Bütün futbolçular özlərini müsbət tərəfdən göstərdi. Villianın 2 qol vurdu. Bu, onda inam yaratmalıdır. Villian belə də davam etməlidir.

- Təyyarədə yatacaqsınız, yoxsa “Liverpul”la oyunu düşünəcəksiniz?

- Uçuş zamanı bunu düşünəcəm. Hazırlıqlar üçün cəmi 1 günümüz qalacaq. Artıq növbəti matçı fikirləşirik.

- “Qarabağ” azarkeşlərinin hazırladığı xoreoqrafiyadan nə anladınız?

- Futbolçuların belə atmosferdə oynaması xoşdur. Futbol Azərbaycanda inkişaf edir. Azarkeşlərə təşəkkür etmək lazımdır.  Öz fanatlarımıza da minnətdaram ki, uzun yol qət edərək bizi dəstəkləməyə gəldilər.

- İlk matçla müqayisədə “Qarabağ”ın oyununda fərqli nə gördünüz? Ağdam təmsilçisi sizi təəccübləndirdimi?

- İlk oyunda “Qarabağ” təşkilatlanmış şəkildə idi. Əla məşqçisi və oyunçuları var. Bu gün “Qarabağ” 10 nəfərlə də yaxşı oynadı. Qurban Qurbanovu və futbolçularını bu oyun münasibətilə təbrik edirəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30