28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Çelsi”nin formasında paltardəyişmə otağına girsəydim, Qurban Qurbanov hirslənərdi"

“İlk pərəstiş elədiyim və oyunlarına baxdığım komanda “Barselona” olub. Sonradan isə “Çelsi” azarkeşi oldum. Hələ də bu komandaya azarkeşlik edirəm. Hətta Didye Droqbanı sevimli komandamda görəndə çox sevinmişdim”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın hücumçusu Dino Ndlovu deyib. Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə oyunöncəsi “goal.com” saytına danışan afrikalı forvard qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb:

“Biz bu oyunda heç-heçə haqda düşünmürük. “Çelsi”ni məğlub etmək istəyirik. Həqiqətən inanırıq ki, öz oyunumuzu göstərib rəqibə qalib gələ bilərik. Evdə oynayırıq. 69 min bilet satılıb. Stadionda möhtəşəm atmosfer olacaq. Bu, Çempionlar Liqasında çıxış edən istənilən komanda üçün normal göstəricidir.

İlk oyunda “Çelsi”dən qorxmurduq. Amma onlara çox hörmət edirdik. Rəqib futbolçulara həmkar yox, televiziyadan izlədiyimiz ulduzlar kimi yanaşırdıq. Vaxt keçdikdə Çempionlar Liqasının qrupunda özümüzü daha rahat hiss etməyə başladıq. Bu səviyyədə keçirilən görüşlərdə necə oynamalı olduğumuzu düşündük. Dedik ki, biz bu qrupda da nəsə edə bilərik, hələ son deyil. Qarşıdakı 2 oyunda rəqiblərimizdən nəsə ala bilərik. Əminəm ki, “Çelsi” ilə budəfəki qarşılaşma da asan olmayacaq. Fabreqas, Kante və Azar kimi futbolçularla qarşılaşanda düşünürsən ki, onları itələyib, nəsə edə bilərsən. Amma çox güclü, ağıllı və cəlddirlər. Topa nəzarət etməyə çalışdığınız anda onu sizdən ala bilirlər. Bununla belə, ÇL-dəki son 2 matçda daha yaxşı oyun göstərəcəyimizə inanıram”.

Ndlovu “Stemford Bric”dəki oyundan (0:6) sonra “Çelsi”nin futbolçularından biri ilə formasını dəyişdirmək istəsə də, Qurban Qurbanovun reaksiyasından ehtiyat edib. Ancaq Bakıdakı oyunda yaxşı nəticə qazanacaqları halda formasını dəyişdirəcəyini bildirib: “Mən Azar və ya Batşuayi ilə formamı dəyişmək istəyirdim. Amma məsələ burasındadı ki, 0:6 hesabı ilə uduzmuşduq. Öz özümə dedim ki, belə məğlubiyyətdən sonra forma dəyişə bilmərəm. Əslində, hər iki futbolçu ilə danışmışdım. Sadəcə, “Çelsi”nin forması ilə paltardəyişmə otağına girsəydim, baş məşqçi bərk əsəbləşəcəkdi. Amma bu dəfə yaxşı nəticə qazansaq, istəyimi reallaşdırmağa çalışacam”.

“Qarabağ”la yaya qədər müqaviləsi olan Ndlovu komandada qalmaq istəyini gizlətməyib: “Oyun tərzinə görə “Qarabağ” “Barselona”ya bənzədilir. Biz topa nəzarət etməyi xoşlayırıq. Rəqiblərimiz isə bizimlə oyunda müdafiədə "avtobus" qururlar. “Qarabağ”ın start heyətində yer alan 11 futbolçunun hər biri milli üzvüdür. Heyətimizi uzun illərdir saxlayırıq. Yəni bizneslə məşğul olan klub deyilik. “Qarabağ”ın heyətində 6-7 ildi bir yerdə çıxış edən xeyli sayda futbolçu var. Onlar istedadlı olduqları üçün bu qədər müddətdə komandada qalıblar. Bir də “Qarabağ”da futbolçulara yaxşı məvacib verilir. “Qarabağ”la müqaviləmin müddəti 6 ay sonra başa çatacaq. Gələcək karyeramla bağlı klub rəhbərliyi ilə hələ heç bir müzakirəmiz olmayıb. Baş məşqçi məndən razı olduğunu deyib. Bayram tətilindən qayıdandan sonra rəhbərliklə oturub, danışacağıq, onların təklifinə baxacam. Hətta yaxşı təklif almasam belə, deyə bilərəm ki, karyeramın ən yaxşı illərini “Qarabağ”da keçirmişəm. Ailəm burda xoşbəxtdir. Əgər yaxşı yeni müqavilə təklifi alsam, burda qalmaq məni daha da xoşbəxt edər” (qol.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31