19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Kurtua: “Qarabağ”ın çox təhlükəli hücumçuları var”

"Qarabağ”la matça düzgün köklənmişik. Düzdür, bizə qarşı ilk oyunda böyük hesabla uduzdular. Nəzərə almaq lazımdır ki, bu, “Qarabağ”ın ilk oyunu idi. Sonrakı görüşlərdə yaxşı təsir bağışladılar”.

Futbolxeber.az saytının məlumatına görə,  bu sözləri "Çelsi”nin qapıçısı Tibo Kurtua Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la sabah keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Belçikalı qolkiper matçın asan olmayacağını bildirib: "Uçuşumuz uzun oldu. Lakin əhvalımızı yaxşı tutmağa çalışırıq. Bugünkü məşq normal keçdi. Sabahkı oyuna tam hazırıq. Favorit də bizik. Bu qələbə bizə növbəti mərhələyə vəsiqəni təmin edəcək. Ancaq “Qarabağ” “Atletiko”ya çətin anlar yaşadıb. Bu da işimizin çətin olacağından xəbər verir. Sabah erkən qol vurmağa çalışacağıq. Bunun üçün ilk dəqiqələrdən pressinq edəcəyik.

T.Kurtua “Qarabağ”ın təhlükəli hücumçularının olduğunu əlavə edib:“Qarabağ” bu turnirdəki ilk matçında “Çelsi” ilə qarşılaşmışdı. “Çelsi” isə İngiltərə çempionu kimi bu turnirə qatılmışdı. Amma sonra komandanın oyunlarında taktiki cəhətdən fərqli məqamlar hiss olundu. Çox təhlükəli hücumçuları var. Onlar topu bizə verib, əks-hücumdan maksimum yararlanmağa çalışacaqlar. Sabah diqqətli oynaya bilsək, “Mançester Yunayted” və “Vest Bromviç”lə matçdakı kimi qələbə qazanacağıq” (qol.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30