25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

UEFA 6 klubumuza pul ayırdı

UEFA Azərbaycan klublarına maliyyə yardımı edib.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, qitə futbol qurumu Premyer Liqada çıxış edən 6 komandaya pul ayırıb.

2016/17-ci il  mövsümünü əhatə edən  UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində həmin mövsüm Azərbaycan Premyer Liqasında çıxış etmiş, amma UEFA Çempionlar Liqası və Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına UEFA-dan ayrılan maliyyə  vəsaiti AFFA-nın vasitəçiliyi ilə aşağıdakı cədvələ uyğun olaraq köçürülüb.

“Zirə”, “Keşlə”, “Sumqayıt”, AZAL, “Neftçi” və “Kəpəz”in hər birinə 71 min 53 avro ödənilib.

Qeyd: “Kəpəz” və “Keşlə” (sabiq “İnter”) üçün nəzərdə tutulmuş vəsait klubların aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesablarına köçürüləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30