19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Mövsümün 100-cü qolu Almeydadan gəldi

Topaz Premyer Liqasında 2017/18 mövsümünün 100-cü qolu vurulub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, yubiley qolu turun açılış matçına təsadüf edib.

“Qarabağ” - “Sumqayıt” görüşündə (2:0) hesabı açan Riçard Almeyda bu qolun müəllifi olub. Braziliyalı yarımmüdafiəçi 41-ci dəqiqədə fərqlənib. İlk 11 turda 99 qol vurulduğundan yubiley XII turda yaşanıb.

Bu top həm də Bakı Olimpiya Stadionunda vurulan ilk qol olub. Belə ki, Azərbaycanın ən böyük idman qurğusu ilk dəfə çempionat oyununu qəbul edib. Bununla da Bakı Olimpiya Stadionu Azərbaycan çempionatları tarixində qarşılaşmalara ev sahibliyi edən 61-ci arena kimi tarixə düşüb. 25 illik tarixə malik yarışın matçları bunadək 60 müxtəlif stadionda baş tutmuşdu.

Xatırladaq ki, mövsümün ilk və 50-ci qollarını da “Qarabağ” vurub. Hər iki halda Mahir Mədətov fərqlənib. O, avqustun 11-də “Neftçi” ilə səfər görüşündə (3:1) ilk, sentyabrın 22-də “Sumqayıt”la ev qarşılaşmasında (3:1) 50-ci qolun müəllifi olub. Eyni rəqiblərin 56 gündən sonra keçirilən matçında növbəti yubiley gerçəkləşib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30