16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Ölkə futbolu

Kosovo millisinin məşqçisi: "Nəticə hər iki tərəf üçün önəmlidir"

21 yaşadək futbolçular arasında Avro-2019-un  seçmə mərhələsində bu gün Bakıda millimizlə heç-heçə edən Kosovo yığmasının baş məşqçisi Rafet Prekazi oyundan sonra mətbuat konfransında iştirak etməyib.

Futbolxeber.az saytının məlumatına görə, buna səbəb onun ingilis və  türk dilini bilməməsi olub. Onu mətbuat konfransında türk dilini bilən köməkçisi Ərdoğan Çelina əvəz edib. O, qarşılaşmanı belə şərh edib:

“Oyun çox yaxşı keçdi. Hər iki komanda yaxşı mübarizə apardı. Həm biz, həm də Azərbaycan yığması bundan əvvəlki matçda ağır məğlubiyyət aldı. Hər iki komanda bunu unutdurmaq istəyirdi. Oyun ərzində yaxşı qol epizodlarımız olsa da, dəyərləndirə bilmədik. Məncə, qeydə alınan nəticə hər iki tərəf üçün önəmlidi. Azərbaycan xalqına, federasiya rəhbərliyinə təşəkkür edirik, bizi çox yaxşı qarşıladılar. Biz də onları eyni cür qarşılayacağıq. Rəqibə qarşıdakı oyunlarda uğurlar diləyirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30