26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Çəlikəl: “Qarabağ”ın onlardan başqa sponsoru yoxdur”

“Qarabağ” Türkiyənin “Damat” şirkətinin prezidentinin kluba sponsorluq etmələri barədə yayılan xəbərlərə münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəl qol.az-a verdiyi açıqlamada bu məlumatı təkzib edib.

“Bizim “Azərsun”, “Azərçay” və “Bizim tarla”dan başqa sponsorumuz yoxdur. Doğrudur, ötən illərdə “Damat” şirkəti ilə görüşlərimiz olub, amma aramızda hansısa sponsorluq anlaşması imzalanmayıb. Ola bilsin şirkətin prezidenti olanları səhv xatırlayıb” - deyə Ə.Çəlikəl bildirib.

Klub rəsmisi deyib ki, “Qarabağ”ın qapıları, əlbəttə, yeni sponsorlara açıqdır: “Amma hal-hazırda, artıq qeyd etdiyim kimi, “Azərsun”, “Azərçay” və “Bizim Tarla”dan başqa sponsorumuz yoxdur”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30