20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

AFFA-da danışılmış oyunlarla bağlı iclas keçirildi

Bu gün AFFA-nın inzibati binasında I Divizionda çıxış edən klubların nümayəndələri ilə görüş keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, tədbridə AFFA-nın baş katibi Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov iştirak ediblər.

Baş katib çıxış edərək iştirakçıları salamlayıb və I Divizionda ötən mövsüm danışılmış oyunlarla bağlı ortaya çıxmış problemləri xatırladıb, bir neçə klub, fubolçu, hakim və inzibati işçinin sanksiyaya məruz qaldığını deyib. AFFA-nın bu məsələyə çox həssas yanaşdığını qeyd edən Elxan Məmmədov danışılmış oyunlarla əlaqədar məsələlərin gələcəkdə də hər zaman diqqət mərkəzində saxlanılacağını vurğulayıb.

AFFA-nın Hüquq və Kadr Məsələləri Şöbəsinin əməkdaşı, UEFA_nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılov xüsusi təqdimatla çıxış edərək danışılmış oyunlar, onlarla mübarizə üsulları, FIFA və UEFA-nın, həmçinin AFFA-nın İntizam qaydalarında bu problemlə bağlı öz əksini tapmış müddəalar barədə məlumat verib.

AFFA-nın Apellyasiya və Arbitraj Tribunalının üzvü Vasib Əkbərov idman oyunlarının nəticəsinin manipulyasiyası ilə əlaqədar məsələlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsində xüsusi maddələrin olduğunu deyib, bu kimi neqativ hallarla əlaqədar müvafiq məlumatlar daxil olduqda cinayət işi açıla biləcəyini, prosesin hüquq-mühafizə orqanlarının nəzarətində olacağını qeyd edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30