18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Tromso"nun baş məşqçisi: "İnter" ilk hissədə hesabı açsa, işimiz çətin olacaq"

Avroliqanın II təsnifat mərhələsində "İnter"in rəqibi olan "Tromso"nun baş məşqçisi Aqnar Kristensen artıq növbəti mərhələ haqda düşünür. Futbolxeber.az-ın məlumatına görə, A.Kristensen III mərhələdə işlərinin çətin olacağını bildirib: "Növbəti mərhələdə bizə çox çətin olacaq. Çünki "Differanj" - "Utrext" cütünün qalibi ilə qarşılaşacağıq. Lüksemburq təmsilçisi ilk oyunda 2:1 hesabı ilə qələbə qazandığı üçün cüzi üstünlüyə malikdir. Ancaq cavab matçında hər şey dəyişə bilər".

"Tromso"nun çalışdırıcısı Bakıda "İnter"ə qarşı keçirəcəkləri cavab oyunundan da söz açıb: "Hələ ikinci mərhələni keçməmişik. Bakıda bizi çox çətin oyun gözləyir. Ancaq səfərə yaxşı nəticə ilə yollanacağıq. Bizi səfərdə heç-heçə də qane edir. Ancaq təbii ki, səfərdə də qələbə üçün oynayacağıq. "İnter" ilk hissədə hesabı açsa, işimiz çətin olacaq. Ona görə də diqqətli oynamalıyıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30