29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Səlahət Ağayev: “Belə zədəni heç bir idmançıya arzulamıram”

"Neftçi” Topaz Premyer Liqasının 12-ci turunda  qarşılaşacağı "Qəbələ” ilə oyunun hazırlığını davam etdirir.

Futbolxeber.az saytının məlumatına görə, zədəsini sağaldan qapıçı Səlahət Ağayev də komanda ilə məşqlərə qoşulub. O, təəssüratlarını Neftçi TV ilə bölüşüb:

"Belə bir ağır zədədən sonra həkimlər qərara gəldilər ki, əvvəl yoxlasınlar əgər əzələdə irəliləyiş varsa, əməliyyata ehtiyac olmasın. Şükürlər olsun, əməliyyata ehtiyac qalmadı və klubun dəstəyi ilə Türkiyədə müalicə aldım. Bakıya dönəndən sonra klub həkimləri, sağ olsunlar, zədədən qurtarmaq üçün kömək etdilər. Hər şey qaydasındadır, artıq üç gündür komanda ilə birgə məşqlərə çıxıram. Bu cür zədə ilə komandadan kənarda qalmağı heç bir idmançıya arzulamıram. Bu çox çətindir. Belə getsə, yaxın zamanlarda tam hazır olub komanda ilə var gücümlə məşq edəcəm. Qələbələrdən sonra komandada istək, ruh yüksəkliyi var. Çempionatın sonuna çox var, düşünürəm ki, belə davam etsək, arzuolunan nəticəni qazana bilərik”.

Qeyd edək ki, "Neftçi” - "Qəbələ” oyunu noyabrın 19-da "Bakcell Arena”da keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31