23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Almaniya millisinin baş məşqçisi: “Uduza da bilərdik”

21 yaşadək futbolçulardan ibarət milli komandamız Avro-2019-un seçmə mərhələsi çərçivəsində öz meydanında Almaniyaya 0:7 hesabı ilə uduzub. Futbolxeber.az saytının məlumatına görə, oyunsonrası mətbuat konfrasında Almaniya U-21-nin baş məşqçisi Ştefan Kuntz darmadağını belə şərh edib:

“İlk oyunda Azərbaycan üzərində böyükhesablı qələbə qazanmağımıza baxmayaraq, bugünkü görüşə ciddi hazırlaşmışdıq. Səhvə yol verə bilərdik. Hətta uduzmağımız da mümkün idi. Çünki rəqib evdə oynayırdı. Sözsüz ki, komandamın ilk dəqiqələrdən qol vurmasına görə şadam. Tapşırıq vermişdik ki, pressinq tətbiq edək. Erkən qol da vurduq. İmkan vermədik rəqib hücum qursun. Onlar top saxlamaq istəyirdilər. Tam razı qaldım. Oyunçular verdiyim tapşırıqları yerinə yetirdilər. Komandamın oyunundan həzz aldım”.

- Futbolçu kimi karyeranızın ən böyük uğurunu 21 il əvvəl, Almaniya millisinin heyətində Avropa çempionu olarkən qazanmısız. Həmin vaxt baş məşqçiniz olan Berti Foqts uzun müddət Azərbaycan yığmasına rəhbərlik edib. O, ölkəmizdə çalışdığı zaman tez-tez “Azərbaycann futbol yox, şahmat ölkəsi”dir deyirdi. Millimizə 2 oyunda 13 top vurduqdan sonra sabiq baş məşqçinizə haqq qazandırırsız?

- Mən şahmat oynaya bilmirəm (gülür). Hər bir rəqibə hörmətlə yanaşıram. Ona görə də Azərbaycan millisinin çıxışını qiymətləndirmək istəməzdim.

- Azərbaycan millisindən bu gün nə gözləyirdiz?

- Komandanızı ürəkli gördüm. Standart vəziyyətlər zamanı təhlükə yaratmağa çalışırdılar. Azərbaycan millisi o qədər də zəif deyil.

- Adətən gənclər ilk oyunda rəqib üzərində böyükhesablı qələbə qazandıqdan sonra onları eyni rəqiblə ikinci matça hazırlamaq çətin olur. Bu gün futbolçularınızı nəyin hesabına motivasiya etdiniz?

- Oyundan öncə futbolçularıma peşəkarlıqdan danışdım. Heyətimizdə “Borussiya”da, “Hoffenhaym”da, “Beşiktaş”da çıxış edən futbolçular var. Bir oyunçu 80 min azarkeş qarşısında çıxış edirsə, 100 fanat önündə də peşəkarcasına mübarizə aparmalıdır.

- Stadionun durumu hansı vəziyyətdə idi?

- Hər şey mükəmməl idi. Qazon da ideal vəziyyətdə. Paltardəyişmə otağına söz ola bilməz. Dünənki məşqdən öncə qazonun sulanmasını istədikdə insanlar gülərüzlə bunu etdilər. Bizi Bakıda hər şey qane etdi.  

- Düşünmürsüz ki, Renat Dadaşov Azərbaycan yığmasını seçməklə tələsdi?

- Renat barəsində məndə məlumat azdı. Onu bu gün ilk dəfə gördüm. Belə oyunda onun barəsində nəsə demək çətindi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30