18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Simurq" günü 2 məşqlə başa vurdu

"Simurq" 2013/14-cü il mövsümünə hazırlıq mərhələsinin üçüncü mərhələsini Avstriyada davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, təlim-məşq toplanışının proqramına uyğun olaraq dünən yoldaşlıq görüşü keçirməyi planlaşdıran komandanın oyunu baş tutmayıb. Xəbər verdiyimiz kimi Zaqatala təmsilçisi Avstriyadakı ikinci yoxlama matçında Kiprin "APOEL" kollektivi ilə üz-üzə gəlməli idi. Lakin rəqib komandanın son anda bu görüşdən imtina etməsi, məşqçilər korpusunun planlarını dəyişib və "Simurq" günü iki məşqlə tamamlayıb.

Səhər məşqində baş məşqçi Georgi Çixradze yetirmələrini çox yormayıb. Müxtəlif isinmə hərəkətləri və "kvadrat"dan sonra qapıya zərbələrlə hazırlıq tamamlanıb.

Axşam hazırlığının əvvəlində isə fiziki təmrinlər yerinə yetirildikdən sonra məşqin əsas hissəsinə keçilib. Taktiki tapşırıqlar məşq edilib. İki qrupa bölünərək qısa və uzun ötürmələr üzərində çalışılıb. Qapıya zərbələr yerinə yetirilib. Bundan sonra isə hər hissəsi 15 dəqiqədən ibarət ikitərfli futbol oynanılıb. Məşqin sonunda isə futbolçular mövqelərinə görə bölünüb. Müdafiəçilər köməkçi məşqçi İqor Qetmanın rəhbərliyi altında məşq etdiyi halda, hücumçular baş məşqçi Georgi Çixradzenin nəzarətində müxtəlif ev tapşırıqları hazırlayıb, cərimə zərbələri vurub. İki saata yaxın davam edən məşq prossesi başa çatdıqdan sonra məşqçilər korpusu yetirmələrinə istirahət verib.

Komandanın dünənki məşqini düşərgəyə yeni təşrif buyuran klub prezidenti Anar Bəkirovda yaxından izləyib.

"Simurq" bu gün təlim-məşq toplanışının proqramına uyğun olaraq iki məşqlə hazırlığı davam etdirəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30