19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Qəbələ" "Beşiktaş"a uduzub ikinci oldu

Türkiyədə keçirilən “Limra Cup” turnirinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası yarışın son günündə İstanbulun “Beşiktaş” klubu ilə qarşılaşıb.

Bu matçadək hərəyə 5 qələbə qazanan rəqiblərin görüşünün taleyini 1 qol həll edib. 1:0 hesabı ilə qalib gələn meydan sahibləri turnirin qalibi adını qazanıb. 7 komandanın dairəvi sistemlə mübarizə apardığı yarışda keçirdiyi 6 matçda 15 xal toplayan “Qəbələ” 2-ci yeri tutub. 3-cü pilləyə isə Azərbaycanın digər komandası “Təhsil” yiyələnib. "Qəbələ"nin futbolçusu Ziya Şəkərxanov turnirin ən yaxşı yarımmüdafiəçisi adına layiq görülüb.

Xatırladaq ki, Rüstəm Məmmədovun komandası Türkiyə turnirinin son turunadək yerli klublardan “Manavqatspor”u 10:0, “BD Spor”u 4:0, “Kəmər Kartalları”nı 6:0, həmçinin “Təhsil” və Rusiya “Lokomotiv”ini eyni – 1:0 hesabı ilə məğlub edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30