19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qurbanov: "Hamının gözü millidədir"

"Hamıya təşəkkür edirəm. Futbolçu olanda millidə oynamaq istəyirsən, məşqçi kimi millidə işləmək isə hər kəsin arzusudur. Mənə inandığınız üçün təşəkkür edirəm. Məsuliyyətli işdir. Hamının gözü millidədir".

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri millimizin yeni baş məşqçisi Qurban Qurbanov deyib.

AFFA İcraiyyə Komitəsinin bugünkü iclasından sonra baş məşqçi təyinatına münasibət bildirən Qurbanov indi daha məsuliyyətli işə başladığını qeyd edib: "Azarkeşlərin fikirlərini, düşüncələrini yaxından eşitmişəm. Çox istəyirlər ki, milli daha uğurlu nəticələr əldə etsin. Mənim üçün böyük məsuliyyətdi. Çalışacağıq ki, AFFA ilə birgə daha yaxşı nəticə əldə edək. Bu, bir ayın işi deyil. Planlarımız uzun olacaq. Yavaş-yavaş irəli getməliyik ki, milli daha peşəkar olsun. Bu işin öhdəsindən gəlmək üçün əlimdən gələnin artığını etməyə çalışacam. Bir azərbaycanlı kimi çalışacam ki, daha yaxşı nəticələrə imza ataq”.

Q.Qurbanov "əsas köməkçilərinizdən biri Rəşad Sadıqov olacaqmı" sualını belə cavablandırıb: "Bu barədə danışmaq hələ tezdir. Çünki təkcə köməkçilər yox, çox detal var. İndi bu suala cavab verə bilməyəcəm. Çünki hələ düşünməmişik. Ola bilsin, bir araya gələk".

Millimizin əsas məqsədinin 2020-ci ildə keçiriləcək Avropa çempionatında iştirak etmək olduğuna toxunan Qurbanov birdən-birə uğur qazanmağın mümkün olmadığını vurğulayıb: "Pillə-pillə irəliləməliyik. Əlimizə düşən şansdan maksimum yraralanacağıq. Futbolda hər şey olur. "Atletiko" "Qarabağ"dan qat-qat üstündür. Amma gedib onlardan xal aldıq. Çempionatda zəif rəqib bizdən xal alır. Qəti qərar vermək çətindir. Kiçik şansımız olsa, ondan istifadə edəcəyik".

Q.Qurbanov AFFA ilə aralarında hansısa şərtlərin qoyulmadığını da əlavə edib: “Mənim belə bir xarakterim yoxdur. Sadəcə, doğru yol axtarırıq. Tapdığımız, düşündüyümüz yolu müzakirə edirik və bunu ən yaxşı şəkildə həyata keçirməyə çalışırıq. Bir-birimizi tanıyırıq. Hansısa şərtə ehtiyac yoxdur".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30