29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Şehiç: “Üçüncü yer uğrunda mübarizə aparacağıq”

"Atletiko" ilə oyunlar bir tərəfə, hələ də Çempionlar Liqasının qrup mərhələsində çıxış etdiyimizə inana bilmirəm. Yuxudan oyanıb, gözlərimi ovuşdururam. Bilmirəm bu reallıqdır, yoxsa yox”.

Futbolxeber.az saytının qol.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri “Qarabağ”ın qapıçısı İbrahim Şehiç deyib.

O bildirib ki, “Atletiko” ilə heç-heçə etməklə dünyanın ən yaxşı komandalarına qarşı oynaya biləcəyini göstərdilər: “Nə qədər irəli gedəcəyimizi bilmirik. Heç kim gözləməsə də, 3 matçı yüksək səviyyədə keçirdik. “Roma”nın “Çelsi” ilə iki qarşılaşmada nələr etdiyini görəndən sonra italiyalılara 1:2 hesablı məğlubiyyətin əla nəticə olduğunu anlayırıq”.

İ.Şehiçin sözlərinə görə Avropa Liqasına vəsiqə verən 3-cü yer uğrunda mübarizə aparacaq: “Bütün tanınmış futbolçuları hər gün izləyirik, Antuan Qrizmann və ya Fernando Torresin kim olduğunu bilirik. Onlarda sirr yoxdur. Hər oyundan əvvəl rəqibləri analiz edirik, ən xırda detallara fikir veririk. Komandamızda bolqar və ispan mütəxəssis var. Onlar baş məşqçiyə kömək edirlər. Meydana yaxşı kollektiv olduğumuzu dərk edərək çıxdıq. Artıq özümüzə tam əminik. Biz Avropa Liqasına vəsiqə verən 3-cü yer uğrunda mübarizə aparacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31