20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Qəbələ" Litvadakı çıxışını darmadağınla başa vurdu

Litvanın paytaxtı Vilnüsdə keçirilən ənənəvi “Ateitis Cup” beynəlxalq turnirinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası yarışın son günündə 11-12-ci yerlər uğrunda matçda qüvvəsini sınayıb. “Qırmızı-qaralar” Belarusun “İsloç” klubu ilə qarşılaşıb. Ülfət Mədətovun komandası bu qarşılaşmada böyükhesablı qələbə qazanıb - 4:0. Komandanın qollarını Sərxan Mirzəzadə, Aslan Şirinov, Sahil Həsənov və Elmir Hüseynli vurub. Bu qələbə ilə “Qəbələ” turniri 11-ci pillədə başa vurub.

Futbolçu Emil Süleymanov “Ateitis Cup”ın ən yaxşı yarımmüdafiəçisi mükafatına yiyələnib. Yarışın qalibi adına isə İtaliyanın “Atalanta” klubu yiyələnib.

Xatırladaq ki, “Qəbələ” qrup mərhələsində yerli “Vilnüs”ə 2:0 hesabı ilə qalib gəlib (Sərxan Mirzəzadə - 2),  “Dauqavpils”ə 0:1 hesabı ilə uduzub, Finlandiya “Maski”si ilə 2:2 (Eşqin Əhmədli, Murad Ələkbərov), Belarus “Smena”sı ilə 0:0 hesablı heç-heçə edib. 9-12-ci yerlər uğrunda matçda isə komanda Estoniya “Levadiya”sına 0:1 hesabı ilə uduzub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30