20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Tərlan Əhmədov: “Arxayınlıq yox, həyəcan var idi”

“Azarkeşlərimizə təşəkkür edirəm. 90 dəqiqə bizə dəstək oldular. Əla atmosfer var idi. Artıq komandaya inam yaranıb. Futbolçulara da təşəkkür düşür. Gəncə səfərindən sonra demişdim ki, bizim gələn tur “Sumqayıt”la ağır oyunumuz olacaq. Çünki rəqib həddən artıq işgüzardı. Son 20-25 dəqiqədə müdafiə olunurlar”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan ƏhmədovTopaz Premyer Liqanın 10-cu turunda “Sumqayıt”a qalib gəldikləri oyundan (2:1) sonra deyib.

- Ardıcıl 4 oyundu qələbə qazanırsız və 4-cü yerə yüksəldiz. Düşünmək olarmı ki, mövsümün əvvəlindən “Neftçi”də olsaz, indi komanda daha yaxşı yerdə idi?

- Həyatda təsadüf yoxdu. Hər şey zərurətdən yaranır. Bəlkə əvvəldən komandada olsam, mövqeyimiz pis olacaqdı. Sadəcə işimizi görməyə çalışırıq. Komandanı yaxşı motivasiya etməyə çalışırıq. Ardıcıl 4 qələbə hələ heç nə deyil. Yolun başlanğıcındayıq. Bizi çox maneələr gözləyir. 4 tur əvvəl bizə 3 xal gözü ilə baxırılarsa, indi münasibət fərqlidi. İşimiz daha da çətinləşir. Bu nəticələr eyforiya yaratmamalıdı. Əvvəldən burda olsam, necə olacağını bilmirəm.

- Sizə elə gəlmir ki, komandada özünəinam hissi arxayınlığa çevrilib?

- Komandada istək həddən artıq çox idi. Hiss edirdim ki, bu oyunçuları “yandıra” bilər. Arxayınlıq yox, həyəcan var idi. İkinci hissədə bunu aradan qaldırdıq.

- Daha çətin oyunlarınız qabaqdadı. “Neftçi”nin əsl gücü həmin oyunlarda bilinməyəcək ki?

- Bura gələndə iki oyun uduzduq, dedilər komanda gedir. Bura bütün oyunlarda qələbə üçün gəlməmişəm. Gələcək oyunlarda nə olacağını zaman göstərəcək. Komandanı “qara zolaq”dan çıxarmaq istəyirik. Yalnız gözəl futbola, əzmkarlığa söz verə bilərəm. Nəticənin necə olacağını bilmirik.

- Böyükağa Hacıyev deyib ki siz onu “şkola”sını keçmisiz...

- Ona minnətdaram. Allah şəfasını versin. Şərh verəcək bir şey yoxdur.

- Zaur Svanadzenin gedişindən sonra Premyer Liqada yalnız bir əcnəbi məşqçi qaldı. Buna münasibətiniz?

- Arzu eləməzdim ki, hansısa məşqçi istefa versin. Başqa komandalarda nə baş verdiyi barədə danışmaq istəmirəm. Yerli də, əcnəbi də olmalıdı. Klub rəhbərləri necə fikirləşirsə, xeyirli olsun.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30