29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ruslan Qurbanov: "Hakimin qərarları nəticəyə təsir etdi"

"Qəbələ"nin hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqanın 10-cu turunda "Zirə"yə 1:2 hesablı məğlubiyyətdən sonra qol.az-a müsahibə  verib. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə oyun haqda fikirlərini bildirib.

- İlk hissədə hər şey planladığımız kimi getdi. "Zirə" bütün zonaları bağlamışdı. Hesab da da 2 top fərqilə öndə idilər. Bu azmış kimi Cavid Hüseynov da qırmızı vərəqə aldı. Cavid özü də səhv etdiyini başa düşdü. Komanda yoldaşımı başa düşürəm. Futbolçudur, hərdən emosiyalarını cilovlaya bilmirsən.

- Oyundan sonra Cavid etdiyi hərəkətlə bağlı nəsə dedi?

- Cavidin üzgün görünüşü hər şeyi deyirdi. O, əsl kapitandır. Hiss olunurdu  ki, əhvalı korlanıb. Biz hamımız onu başa düşürük.

- İkinci hissədə çox çalışsanız da, bərabərlik topunu vura bilmədiniz...

- İtirəsi heç nəyimiz yox idi. Ən azından heç-heçə etmək istəyirdik. Həm rəqibin, həm də bizim qol imkanlarımız oldu. Amma təəssüf ki, istifadə edə bilmədik.

- Hakimlik haqda nə deyə bilərsən?

- Hakimin qərarlarına şərh vermək istəmirəm. Sadəcə, onu deyim ki, Cavidə qırmızı vərəqə vermişdisə, gərək bənzər epizodda Təmkini də meydandan qovardı.

- Hətta bir epizodda hakim mübahisəli qərar verdi. Penalti nöqtəsini göstərmədi...

- Əlbəttə, həmin epizodda penalti verilməliydi. Nədənsə hakimin fiti susdu. Ekiqoya qarşı açıq-aşkar qayda pozulmuşdu. Amm artıq oyun bitib. Bu barədə danışmağın heç bir mənası yoxdur. Çünki biz uduzmuşuq.

- Səncə, hakimin qərarlarının oyunun nəticəsinə təsiri oldu?

- Əlbəttə, oldu. Penalti, qırmızı vərəqə olmasaydı, hər şey fərqli ola bilərdi. Amma bütün günahı hakimin üstünə atmaq da olmaz. O da insandır. Səhv edə bilər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31