25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Maksim Medvedev: "Bilirdik ki, başımız ağrıyacaq”

“Səbail”i yaxşı analiz etmişdik. Bilirdik ki, fiziki cəhətdən güclüdürlər. Oyun başlayanda çox yaxşı hərəkətdə olduq, bir-birimizi axtardıq, epizodlar yaratdıq. Təəssüf ki, qırmızı vərəqə işimizi korladı. Amma ruhdan düşmədik. Daha aqressiv, sürətli oynamağa başladıq. Nəticədə 3 xal qazana bildik”.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Topaz Premyer Liqanın X turunda “Səbail”ə qalib gəldikləri oyundan (1:0) sonra deyib.

Təcrübəli futbolçu oyunun sonlarına doğru Dani Kintananın rəqib cərimə meydançasında yerdə qaldığı epizodda baş hakim Rəvan Həmzəzadənin mübahisəli qərarına münasibət bildirib: “Futboldu, ani bir şey olur, görürük, etiraz edirik. Daha dəqiqini televiziyadan görürlər. Penaltiyə oxşar epizod idi. Ona görə uşaqlar hakimin üstünə getdilər. Amma heç kim deyə bilməz ki, orda nə baş verib. Çünki hamı epizoda bir az uzaq idi. Qalib gəlmək istəyirdik. Ona görə uşaqlar hakim tərəfə gedirdilər. Onları da başa düşmək olar. 90 dəqiqə ərzində top daha çox bizdə qaldı. Qol vurub, qalib gəlmək istəyirdik”.

Medvedevin sözlərinə görə, komandası meydana arxayın çıxmamışdı: “Heyətimizdə zədəli oyunçular var idi. Hətta bəzi mövqelərdə dəyişikliklər olmuşdu, çoxdan oynamayan futbolçular meydana çıxmışdı. Ona görə bir az anlaşılmazlıq var idi, bir-birimizi başa düşməkdə çətinlik çəkirdik. Demək olmaz ki, uşaqlar rahatlaşmışdılar. Matçdan qabaq baş məşqçimiz oyunun əhəmiyyətini yetərincə başa salmışdı. Bilirdik ki, başımız ağrıya bilər, elə də oldu”.

Zədəsinin sağaldığını bildirən Maksim Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Atletiko” ilə səfər oyununda daha yaxşı oynayacaqlarını söyləyib: “Bütün fikrim “Atletiko” ilə oyunda idi. Bu matçda meydana çıxıb-çıxmayacağım sual altında idi. Yaxşı olacaq. Zədəm çox incitmədi. O matçda daha yaxşı çıxış edəcəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30