29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Kintana: “Mənə görə penalti idi”

"Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana Topaz Premyer Liqanın X turunun “Səbail”lə oyunundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, ispaniyalı futbolçu əvvəlcə oyun haqda fikirlərini açıqlayıb.

- Oyunun çətin olacağını bilirdik. Qırmızı vərəqə aldıqdan sonra işimiz bir az da çətinləşdi. Buna baxmayaraq, layiqli qələbə qazandıq. Bəzi epizodlarda hakim oyuna müaxilə etdi. O, oyunun nəticəsini əvvəlcədən həll edə bilərdi.

- Bu gün meydanda ən yaxşılardan biri idin. Formanı tam yığa bilmisən?

- Zədədən sonra ilk dəfə idi, 25 dəqiqədən çox oynayırdım. Optimal formamı yığmağıma hələ çox var. Məşqlərdə əlimdən gələni edirəm. Amma yekun qərarı verən baş məşqçidi. Hər şey onun qərarından asılıdı.

- “Atletiko” ilə oyuna hazırsan? Ümid edirsən ki, baş məşqçi sənə şans verəcək?

- Mən hər zaman komandaya kömək etməyə hazıram. Amma qərar verən şəxs məşqçidi.

- Bəzi epizodlarda ehtiyatlı oynayırdın. Yüngül toxunuşlar zamanı belə rəqibə sərt reaksiya verirdin. Sanki yenidən zədələnməkdən qorxurdun...

- Ola bilər. Ancaq hadisələrin mərkəzində olan biri kimi deyirəm ki, oyun ərzində elə bir epizod olmayıb. Amma istənilən halda belə ağır zədədən sonra bu, normal prosesdi.

- Verilməyən penalti epizodu haqda nə deyə bilərsən? Cərimə meydançasında səni doğrudan yıxmışdılar?

- Təkrarı görməmişəm. Amma mənə görə, penalti idi.

- Bir ispan kimi “Atletiko”ya qarşı oynamaq nə dərəcədə önəmlidi?

- Bu turnirdə istənilən komandaya qarşı oynamaq insana xüsusi hisslər bəxş edir. Amma ispan olduğum üçün “Atletiko”ya qarşı oynamağın mənim üçün xüsusi önəmi var. Üstəlik, ailə üzvlərim də stadionda olacaq. Bu, həmin önəmi bir az da artırır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31