29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Hakimilik mənə çatmadı”

Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 10-cu turunda "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Futbolçularımı təbrik edirəm. Layiqli qələbə qazandılar. Həddən artıq çətin oldu. Futbol elə oyundur ki, burda meydanda 10 nəfər də, 9 nəfər də qala bilərsən. Çoxdandır belə oyun keçirməmişdik. Azlıqda qalsaq da, qalib gələ bildik. Bu gün həm 3 xal qazandıq, həm də yaxşı oyun göstərdik. Samir Əliyevə gələn oyunlarda uğurlar arzulayıram.

- Penalti verilməyən epizod barədə nə deyə bilərsizni?

- Düzü, heç vaxt hakimlik barədə danışmamışam. Sadəcə, bu gün Rəvan Həmzəzadənin idarəçiliyi mənə çatmadı. Həmişə bəyəndiyim hakimlərdən olub. Ancaq bu gün bir neçə maraqlı qərar verdi. İlk növbədə, Pedronun yerdə qaldığı epizodda simulyasiya olmamışdı. Elə həmin epizodda zədələndi. Məncə, orda ikili mübarizə idi.

- Jezniçakın vəziyyəti nə yerdədir?

- Onun yüngül zədəsi var. Risk edib, meydana buraxmadım. Vəziyyətinə tam olaraq sabah aydınlıq gələcək.
 
- Robert Prosineçkinin gedişindən sonra əksəriyyət sizi yığmada görmək istəyir. Təklif olsa, cavabınız nə olacaq?

- Qarşıda "Atletiko" ilə oyun var. İndi bu barədə danışa bilmərəm. Çünki indi deyəcəyim bir söz böyük rezonans yarada bilər.
 
- “Atletiko” ilə oyundan sonra danışacaqsınız?

- Buna oyundan sonra baxarıq (gülür). Açığı, Prosineçkinin gedişi mənim üçün gözlənilməz oldu. İndi mənim hansısa fikir bildirməyim bir qədər hörmətsizlik olar. Qarşıda hələ vaxt var. Ən düzgün qərarı AFFA verəcək.
 
- Bəlkə, bu barədə təklif olub, siz razı olmamısınız?

- Dediyim kimi, bu gün verəcəyim bir cavab yeni suallar doğuracaq. Gəlin, bu barədə hələ danışmayaq, qalsın sonraya. AFFA rəhbərliyinin qərarından sonra fikrimizi bildirməliyik. Hamımız Azərbaycan futbolunun gələcəyi üçün birgə addım atmalıyıq.
 
- Sizinlə yanaşı, Roman Qriqorçukun və Kaxaber Sxadadzenina adı hallanır. AFFA İcraiyyə Komitəsinin üzvü kimi sizin təklifiniz nədir?

- Heç bir təklifim yoxdur. Nə İcraiyyə Komitəsi yığılıb, nə də belə müzakirə olub. Xahiş edirəm mənim də fikrimi yayındırmayın.

- “Atletiko” ilə oyundan nə gözləyirsiniz. Nəzərə alaq ki, komandada yetərincə zədə problemi var...

- Bəli, bu gün komandada zədəylə bağlı, xüsusilə, müdafiədə yetərincə problemimiz var. Biz çalışırıq ki, yaxşı oyun göstərək. Bu gün mənə əsas ləzzət edən 3 xaldan çox, göstərilən gözəl futbol oldu. Bu cür vəziyyətlərdə məşqçinin də üzərinə əlavə məsuliyyət düşür. Kimin harda oynamasıyla bağlı ikiqat düşünməli oluruq. Rəqib də bizimlə oyuna yaxşı hazırlaşır. Bu, onlar üçün son şans ola bilər.
 
- "Atletiko”da "Qarabağ”la matçdan sonra fövqəladə rejimdir. Bu, bizim üçün üstünlükdür?

- Özümüzü aldatmamlıyıq. Belə komandalarla bu cür şeylər keçmir. Çalışmalıyıq ki, səhvlər olmasın, qol buraxmayaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31