17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Samir Əliyev: “Qarabağ”la “Səbail”i müqayisə etmək düzgün deyil"

"Qarabağ”ı təbrik edirəm. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram. İlk hissədə daha yaxşı oynadıq. “Birinci hissədə, rəqib 11 nəfər olanda daha yaxşı oynadıq. Bir topumuz dirəkdən qayıtdı. Rəqib azlıqda qaldıqdan sonra daha yaxşı nəticə qazanacağımızı gözləyirdik. Ancaq “Qarabağ” ikinci hissədə daha çox təzyiq etdi. Bunun da nəticəsində məğlub olduq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 10-cu turunda "Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, "Qarabağ” səviyyə baxımından üstün olduğu üçün qalib gəlib: "Azlıqda qalsalar da, rəqib bizdən üstündür. Düzdür, elə də çox imkanları olmadı. Lakin istədiklərini edirdilər. Ustalıq amilini qeyd edərdim. Rəqib hücumların çoxunu sol cinahdan qurur. Ansi Aqolli çıxdıqdan sonra Riçard Almeyda oradan oynadı. Qol sol cinahdan vurulmasa da, oranı bağlaya bilmədik. Konfransa gec gəlməyim bəzi futbolçulara iradımı bildirməklə bağlı idi. Səhvlərini söylədim”.

S.Əliyev  "Səbail”n qorxaq futbol oynaması ilə razılaşmadığını deyib: "Rəqib bizə imkan vermədi. Bu gün “Qarabağ”la “Səbail”i müqayisə etmək düzgün deyil. Gənc heyətimiz var. Yəqin ki, oyundan-oyuna irəliləyəcəyik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30