18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Fariz Nəcəfov: “Nazir bizi təbrik edib, getdi”

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Topaz Premyer Liqanın IX turunun son oyununda “Qarabağ” üzərində 1:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, klub rəsmisi əvvəlcə oyunla bağlı fikirlərini açıqlayıb.

- Hamı bilirdi ki, maraqlı və gərgin oyun olacaq. Uduzsaydıq, demək olar ki, çempionluqdan xeyli uzaqlaşacaqdıq. Ona görə də komanda oyuna çox ciddi hazırlaşmışdı. Mənə elə gəlir ki, uşaqlar psixoloji olaraq da oyuna yaxşı hazırlaşmışdılar. Qələbə qazanacağımızı gözləyirdim. Tamamilə buna köklənmişdik.

- Nazir Kəmaləddin Heydərov da bu gün stadionda idi. Maraqlıdı, futbolçulara nə dedi?

- Təbrik etdi, getdi.

- “Qəbələ” bundan əvvəlki bəzi oyunlarda gözəl oynayıb, xal itirirdi. Amma ardıcıl 2 oyundur əks-hücum takstikasını seçir. Demək olar ki, komanda bundan sonra bu cür oyuna üstünlük verəcək?

- “Sumqayıt”la oyunumuzu, açığı, mən də bəyənməmişdim. Həmin oyunda qələbə bizə o qədər lazım idi ki, futbolçular artıq özləri qərar vermişdilər ki, müdafiədə oturmaq lazımdı. Bugünkü oyunun isə taktikası bu idi. Birinci hissədə qarşılıqlı oyun getdi. İkinci hissədə isə hesabı qorumaq lazım idi.

- Bu qələbə yəqin ki, digərləri ilə müqayisədə daha fərqli idi. Çünki son çempion, lider və eyni zamanda Çempionlar Liqasında oynayan bir rəqibi məğlub etdiniz. Qələbə komandaya hansı dərəcədə təsir göstərəcək?

- Əlbəttə, çox müsbət təsir göstərəcək. Yenə deyirəm, keçən mövsüm də, bu il də əsasən zəif rəqiblərlə görüşlərdə xallar itirmişik. Bu barədə komanda ilə çox söhbətimiz olub. İnanıram ki, növbəti turlarda öz futbolumuzu oynayacağıq.

- Qolda oyundankənar vəziyyət olduğu ilə bağlı şübhələr var...

- Bilmirəm. Ona baxmaq lazımdır.

- Hakim idarəçiliyi ilə bağlı nə deyə bilərsiz?

- Normal hakimlik oldu.

- Ötən mövsümün böyük hissəsində “Qarabağ”dan öndə idiz. Amma üstünlüyü sonadək qoruya bilmədiz. Bu, nə ilə bağlı idi?

- Bu barədə keçən il kifayət qədər danışmışıq. Bu il çalışacağıq ki, həmin səhvləri etməyək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30