29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Oyunun nəticəsindən çox razıyıq”

Topaz Premyer Liqasının IX turunun “Qəbələ” - “Qarabağ” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis komandasının qələbəsini belə şərh edib:

“Oyun barədə fikirlərim müsbət, yaxşı, sevinclidir. Çünki bu gün qalib gəldik. Futbolçular da meydanda çox yaxşı təsir bağışladılar. Oyunun nəticəsindən çox razıyıq. Biz ötən mövsümdə də, son illərdə də eyni taktika ilə çıxış etmişik. Biz mövqe hücumunda çox yaxşı oynayırdıq, qol imkanları yaradırdıq, amma istifadə edə bilmirdik. Hər dəfə komanda oyunundan razı qaldığımı deyirdim. İstəyirdim ki, rəqibi təzyiq altında saxlayaq, üstünlüyə sahib olaq və qalib gələk. Bunun üçün isə qol vurmaq da lazımdır. Amma imkanlardan yararlanmaq olmayanda yaxşı oyun o qədər də hiss olunmur. Deməzdim ki, ikinci yarıda pressinq üçün gücümüz çatmadı. Bu çempionatda çətin xallar qazanmışıq, bəzən də itirmişik. Ona görə də bunu psixologiya ilə bağlayardım. Buna hazır olmaq lazımdır. Çünki hesab bizim xeyrimizə olanda üstünlüyü artırmaq, psixoloji üstünlükdən istifadə etməliyik. Bu məqamın üzərində işləməliyik desəm düz olmaz. Amma bilirik ki, qələbələr qazanmaqla bu məsələ də qaydasına düşəcək. Ötən turun “Sumqayıt”la görüşündə fərqli üslubda qələbə qazanmışdıq. Mən istəyirəm ki, bugünkü kimi, ilk yarıdakı kimi qalib gələk. Futbolçuların motivasiyası, qüvvəsini meydanda qoymaq istəyi böyükdür. Oyunçuların nəhəng istəyi, çalışqanlığı var. Bu gün ötən matçla müqayisədə həm də daha yaxşı oyun var idi. Zədəli futbolçularımız - İlqar Qurbanovla Filip Ozobiçin heyətə dönməsi ilə bağlı proqnoz vermək çətindir. Hər ikisində sınıq var idi ki, bu da ciddi problemdir. Amma onların məşqlərə başladığını nəzərə alıb, peşəkarlıq səviyyəsini bildiyimə görə deyərdim ki, onlar qısa müddətdə komandaya qoşulacaq. Düzünü deyim ki, çempionluq mübarizəsinin necə başa çatacağı  barədə düşünmürəm. İndidən mövsümün sonu haqda fikirləşmək faydasızdır. Biz oyunumuzu, futbolçuların ustalıq səviyyəsini təkmilləşdirmək haqda düşünür və bunun üzərində çalışırıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31