29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Mahir Mədətov: “2 epizoddan birində penalti var idi”

"Qarabağ"ın hücumçusu Mahir Mədətov Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Atletiko" ilə qolsuz heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolxeber.az saytının məlumatına görə, futbolçu əvvəlcə matç haqda fikirlərini bildirib.

- Doğma meydanda oynayanda komandaya inam böyük olur. Bu oyunda da hər şey mümkün idi. Qələbə də qazana bilərdik. Yaxşı mübarizə apardıq. 10 nəfərlə qalandan sonra bir qədər ehtiyatlı davrandıq. Ümumilikdə, komanda yaxşı oyun sərgilədi.

- “Roma” ilə oyundan sonra nə dəyişdi ki, komandada bu qədər özünəinam yarandı? Bu dəfə meydanda daha yaxşı “Qarabağ” var idi...

- “Roma” ilə matça ilk 15 dəqiqədə ehtiyatlı olsaydıq, yaxşı nəticə qazana bilərdik. Bu gün (dünən - red.) meydana daha diqqətli çıxmışdıq. Buna görə də nəticə qazandıq.

 - Necə düşünürsən, qol vurmaq üçün yenə təcrübəsizlik çatmadı?

- Nə deyim? İmkanlarımız oldu, amma fərqlənə bilmədik. Penalti epizodlarına gəlində, 2 epizoddan birində penalti var idi.

- Cavab görüşü barədə nə düşünürsən?

- Hazırda Topaz Premyer Liqada “Qəbələ” ilə görüşü düşünürəm (gülür).

- Oyundan sonra “Atletiko”nun prezidenti ilə görüşdünüz. Nə barədə danışdınız?

- “Bakı”da çıxış etdiyim zaman “Atletiko”ya qarşı oynamışdım. Məni həmin vaxtdan tanıyır. Düzdür, görüşdük, amma hamısı ispanca danışdığından, heç nə başa düşmürdüm (yenə gülür).

- Bu gün azarkeşlər yenə sizi tək qoymadı. Stadiondakı atmosfer barədə nə deyə bilərsən?

- Hamısı möhtəşəm idi. Sanki meydanda 12 nəfər idik. Onların dəstəyi bizim gücümüzdür. Hamıya təşəkkür edirəm.

- Qrupda 3-cü yeri tutaraq Avropa Liqasına vəsiqə qazanmaq şansınız qalır. Bu, nə dərəcədə inandırıcı görünür?

- Qarşıda daha 3 oyunumuz var. Maksimum şəkildə çalışmalıyıq. Əlimizdən gələni edib, bu oyunlarda xal toplamalıyıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31